6 may 2016 12:45
Pərdis Fərcad-Azad: Bizim üçün çempiona qarşı oynamaq əla stimul olacaq
"Sumqayıt"ın yarımmüdafiəçisi Pərdis Fərcad-Azad Topaz Premyer Liqasının 33-cü turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz bu oyuna yaxşı hazırlaşmışıq. Çempionla qarşılaşmada yaxşı oyun göstərməyə çalışacağıq. Bizim üçün çempionatın qalibinə qarşı oynamaq əla stimul olacaq. Çətin olacaq. Rəqibin meydana arxayın çıxacağını düşünmürəm. Onların heyətində peşəkarlar çıxış edir. Amma hədəfimiz "Qarabağ"a qalib gəlməkdir".
