6 may 2016 12:00

Elxan Abdullayev: Belə darmadağın gözlənilməz oldu

Azərbaycanın əsas yığma komandasının məşqçisi Elxan Abdullayev 17 yaşadək futbolçulardan ibarət millimizin AÇ-2016-nın final mərhələsindəki ilk oyunda Portuqaliyaya 0:5 hesablı məğlubiyyətindən sonra azerisport.az saytına müsahibə verib.

- Sizcə, U-17 millimizin bu məğlubiyyətinə nə səbəb oldu?
- Belə məğlub olacağımızı çox az adam gözləyirdi. Düzdür, portuqaliyalıların turnirin favoritlərindən biri olduğu barədə söhbətlər var idi. Amma millimizin məhz bu hesabla uduzacağını gözləmirdik.

- Biz bu qədər zəifik?
- Oyun onu göstərdi ki, meydanda iki tam fərqli gücə malik komanda var idi. Özü də onlar bizi bütün komponentlərdə üstələyirdilər. Bu, reallıqdır. Digər rəqiblərimiz nə qədər güclüdür, bunu bilmirəm. Amma ruhdan düşməyə dəyməz. Sadəcə, Portuqaliya yığmasının üzvlərinin hansı klublarda çıxış etdiyinə diqqət yetirmək lazımdır. Bizimkilər isə heç öz klublarının əvəzedici heyətində də oynaya bilmir. Güclər bərabər deyildi və hesab da qanunauyğun sayılmalıdır. Heç kim uşaqları meydanda mübarizə aparmadığına görə qınaya bilməz. Sadəcə, səhvlər çox idi, ustalıq səviyyəsi baxımından çatışmazlıqlar var idi.

- Elə isə niyə millimizin qarşısına qrupdan çıxmaq vəzifəsi qoyulub?
- Bunu özləri daha yaxşı bilər. Digər tərəfdən hələ qarşıda Belçika və Şotlandiya ilə oyunlar var. Hələ ki, qrupdan çıxmaq şansı var. Baxmayaraq ki, Belçika üzərində qələbə qazanmağımıza inanmaqda çətinlik çəkirəm. Çünki bu ölkənin futbolu hazırda aşkar yüksəlişdədir. Buna baxmayaraq, millimiz qarşıdakı görüşlərə ciddi hazırlaşmalıdır. İlk oyunda böyük uğursuzluqla üzləşən komandaların sonradan yaxşı nəticələrə imza atmasına dair çoxlu nümunələr var. Millimizdən də bu darmadağından sonra uğur gözləməyə dəyər.

- Sizə elə gəlmir ki, bu yaşda belə oynayan futbolçular 5-6 il sonra əsas yığmamızda daha bərbad çıxış edəcək?
- Gəlin bu yaş qrupu üzrə futbolçularımızın üzərindən xətt çəkməyək. Bu nəticə bu gün üçün keçərlidir. Portuqaliya ilə oyun boşa verildi və əsl rüsvayçılıq idi. Amma bu, onların futbol oynaya bilmədiyi anlamına gəlmir. Onlara hələ daha yaxşı oynamağı öyrətmək olar. Sadəcə, bunun üzərində çalışmaq lazımdır. Təbii ki, bu, bir siqnaldır. Çünki bir neçə il sonra onlar əsas milliyə dəvət alacaqlar. Elə ölkələr var ki, hətta bu yaşda futbolçuları əsas milliyə dəvət edirlər.

- Təbriz Həsənov turnirdəki çıxışını başa vuran kimi istefaya göndərilə bilər?
- Meydana çıxan, öz qapısına qol vuran o deyil. Futbolçular yığma komandaya 90 faiz hazır gəlməlidir. Onlara oynamağı Həsənov öyrətməməlidir. O, sadəcə, tələb etməlidir. Axı bunlar 12 yaşlı uşaq deyillər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.