6 may 2016 00:05

Elvin Bədəlov: Hədəfimiz kuboku qazanmaqdır

"Neftçi"nin müdafiəçisi Elvin Bədəlov Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri cavab oyunundan sonra azerisport.az saytının suallarını cavablandırıb:

- Kubokun finalına çıxmağınız necədir?
- Əla! Şadam ki, finala vəsiqə qazandıq. Artıq üçüncü mövsümdür finalda oynayacağıq. Bu, komandamızın gücündən xəbər verir. Finala çıxmaq "Neftçi"nin haqqı idi. Klubumuz da buna nail oldu.

- Siz özünüz isə ardıcıl ikinci mövsüm finalda oynamaq şansı qazanırsınız...
- Bəli, bu da mənim şəxsi uğurumdur və təbii ki, buna görə çox şadam.

- Amma "Qəbələ"nin güclü rəqib olduğunu nəzərə alsaq, "Neftçi"nin finala çıxması çox adam üçün gözlənilməz oldu...
- Hər iki komanda finala çıxmaq istəyirdi. Amma bir halda ki, bu uğura biz nail olduq, deməli, buna layiq idik. Şadam ki, belə gərgin qarşıdurmanın qalibi olduq.

- Ermin Zets sizə qol vuranda, onu kobudluqla dayandıra bilərdiniz. Komandanızı azlıqda qoymaqdan qorxdunuz?
- Həmin epizodda Zetsə yaxın idim, amma onu vurmaq istəmədim. Baş hakim mənə qırmızı vərəqə göstərə bilərdi. O zaman "Qəbələ" üçün növbəti qolları vurmaq daha da asanlaşacaqdı. Fikrimcə, düzgün qərar qəbul etdim.

- Penalti seriyası zamanı nə düşünürdünüz?
- Həyəcanlı idim. Amma komanda yoldaşlarıma inanmağa çalışırdım. Penalti seriyasında uğur qazanacağımıza inanırdım.

- Siz özünüz penalti vurmağı istəmədiniz, ya məşqçilər güvənmədilər?
- Mən də vurmaq istəyərdim. Amma bizim öz penalti vuranlarımız var. Əslində, zərbələri kimin vurmasının ciddi fərqi yox idi. Əsas hər şeyin komandamız üçün yaxşı başa çatması idi.

- "Neftçi" ötən mövsüm olduğu kimi, yenə finalda "Qarabağ"la qarşılaşacaq. Ötən ilki məğlubiyyətin əvəzini çıxa biləcəksiniz?
- Çox çətin olacaq. Çünki rəqibimiz çox güclü komandadır. Amma biz ciddi hazırlaşacağıq. Finalda da qələbə qazanmaq istəyirik.

- Final matçının öncə Gəncədə keçirilməsi müzakirə olunurdu. Amma deyəsən, həlledici matç Bakıda olacaq...
- Gəncədəki stadionun qazonu elə də yaxşı deyil. Amma bir məqam var ki, matçın harada keçirilməsindən asılı olmayaraq, hər iki komanda oxşar şərtlər altında oynayacaq. Hədəfimiz kuboku qazanmaqdır. Ona görə də hər çətinliyə sinə gərməyə hazırıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.