5 may 2016 18:45

UEFA AÇ-ni rəngləndirəcək futbolçulardan yazdı, Nəbiyevi fərqləndirdi

Bu gün ölkəmizdə 17 yaşa qədər futbolçular arasında Avropa çempionatı start götürdü. Çempionat və iştirakçılar barədə müxtəlif yazılar hazırlayan Avropanın ali futbol qurumunun – UEFA-nın rəsmi səhifəsi bu dəfə turnirin diqqət çəkən futbolçularından bəhs edib. Azerisport.az xəbər verir ki, “Çempionatda izləmək üçün 16 futbolçu” başlıqlı yazıda turnirdə çıxış edəcək 16 komandanın ən vacib 1 futbolçusunun adına yer verilib və adıçəkilən futbolçunun özəllikləri sadalanıb.

Azərbaycan milli komandasından sözügedən siyahıya “Qəbələ” Futbol Akademiyasının yetirməsi Fərid Nəbiyevin adı salınıb. Nəbiyev haqda bu sözlərə yer verilib:

“Nəbiyev meydançanı yaxşı görmək qabiliyyətinə malik hücumameylli yarımmüdafiəçidir. “Qəbələ”nin futbolçusu driblinq edə və hər iki ayağı ilə zərbə vura bilir. O, başla da yaxşı oynayır. Nəbiyev künc zərbələrinin və cərimə zərbələrinin yerinə yetirilməsində də əsas rol oynayır”.

Siyahıda digər komadalardan aşağıdakı futbolçuların adları sadalanıb:

A qrupu
Azərbaycan – Fərid Nəbiyev (“Qəbələ”)
Belçika – Mayl Svilar (“Anderlext”)
Portuqaliya – Xose Qomez (“Benfika”)
Şotlandiya – Liam Bart (“Reyncers”)

B qrupu
Avstriya – Romano Şmit (“Şturm” Qraz)
Bosniya və Hersoqovina – Nedim Hadziç (“Sarayevo”)
Almaniya - Renat Dadaşov (“Leypsiq”)
Ukrayna – Sergey Buletsa (“Dinamo” Kiyev)

C qrupu
Danimarka – Yens Odgaard (“Linqbi”)
İngiltərə - Reyss Nelson (“Arsenal”)
Fransa – Alban Lafont (“Tuluza”) – Qapıçı mövqeyində çıxış edən Lafont Fransada – Liqa 1-də forma geyən ən gənc qapıçı kimi tarixə düşüb. O, 2015-ci ilin noyabr ayında 16 yaş 310 günlüyündə “Nitsa”ya qarşı meydançaya çıxıb.
İsveç – Jozef Kolley (“Çelsi” İngiltərə) – Perspektiv vəd edən müdafiəçi 2015-ci ilin iyul ayında “Çelsi” ilə müqaviləyə imza atıb.

D Qrupu
İtaliya – Mois Kin (“Yuventus”)
Hollandiya – Tahit Çonq (“Feyenoord”)
Serbiya – Deyan Yoveliç (“Srvena Zvezda”)
İspaniya - Oriol Buskets (“Barselona”)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.