Ramin Musayev: Neftçi ilə Qarabağ arasındakı final gözəl oyun vəd edir
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Kubokunun finalına "Neftçi" və "Qarabağ" klublarının vəsiqə qazanmasına dair fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Neftçi"nin "Qəbələ"ni məğlub edib, finala çıxacağını çox az adam gözləyirdi? Bu, futboldur. Əbəs yerə paytaxt klubunun üzərindən xətt çəkirlər. "Qarabağ"la "Neftçi" tarixdə üçüncü dəfə finalda üz-üzə gələcək. Bu komandaları yenidən həlledici oyunda görmək çox maraqlı olacaq. Bakılılar üçün bu, mövsümü titulla başa vurmaq üçün son şans olacaq. Vəli Qasımovun yetirmələrinin öz oyununu tapdığı görünür. Gözəl oyun olacaq. PFL-in vəzifəsi final iştirakçılarının daha yaxşı oynaması üçün hər cür şərait yaratmaqdır ki, bunun üçün də əlimizdən gələni edəcəyik".
