5 may 2016 16:45

Azərbaycan kubokunda ilklərlə zəngin final

Azərbaycan kubokunun 2015/16 mövsümünün yarımfinal mərhələsinin cavab oyunları həlledici qarşılaşmanın iştirakçılarını müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, mayın 25-də baş tutacaq finalda “Qarabağ”la “Neftçi” üz-üzə gələcək. Sonuncular “Qəbələ”ni hər iki oyunu 1:1 hesabı ilə başa çatan duelin penaltilər seriyasında məğlub edib – 4:3. Ağdam klubu isə “İnter”i hər iki matçda üstələyib – 4:0, 1:0.

Bununla da Azərbaycan kubokunda ilk dəfə ardıcıl 2 il eyni klublar finalda çıxış edəcək. 2014/15 mövsümünün həlledici qarşılaşmasında “Neftçi”ni 3:1 hesabı ilə məğlub edən “Qarabağ” 2-ci “Qızıl dubl”unu rəsmiləşdirmək, “Neftçi” növbəti titulunu əldə etməyə çalışacaq. Bunadək yarışın 24 illik tarixində heç vaxt eyni cüt iki dəfə ardıcıl kubok mübarizəsinə çıxmamışdı.

Bu iki komanda 1995/96 mövsümündə də finalda üz-üzə gəlib. “Neftçi”nin 3:0 hesabı ilə qalib gəldiyi həmin matçı da nəzərə alsaq, rəqiblər 3-cü dəfə finalda qarşılaşacaq. Belə hal da ilk dəfə qeydə alınacaq. Çünki indiyədək Azərbaycan kubokunda heç bir cüt finalda 3 dəfə üz-üzə gəlməyib. Hərəyə 1 dəfə qalib gələn “Qarabağ”la “Neftçi” kimi “Kəpəz” – “Qarabağ” (1997/98, 1999/2000), “Neftçi” – “Şəmkir” (1998/99, 2003/04) və  “Xəzər Lənkəran” – “İnter” (2007/08, 2010/11) cütləri də 2 dəfə qarşılaşıb. Amma sonuncu 3 cütün hər birində eyni komanda – adı birinci göstərilən hər iki finalda rəqibindən güclü olub.

Daha bir ilkə “Neftçi” imza atıb. Son 4 mövsümdə 2 kubok qazanıb, 2 dəfə finalda məğlub olan “ağ-qaralar” ardıcıl 5-cu dəfə yarımfinalı uğurla adlayıb. “Neftçi”dən başqa yalnız 3 komanda ən azı 2 dəfə ardıcıl final oynamışdı ki, “Kəpəz”, “İnter” və “Xəzər Lənkəran”dan heç biri seriyasını 3-ə çatdıra bilməmişdi. “Qarabağ” da ardıcıl 2-ci dəfə bunu reallaşdıraraq 3 komandaya çatıb.

Ümumilikdə isə ən çox final oynayan “Neftçi” 10-cu dəfə bu hüququ qazanıb. Bu göstəricidə 2-ci olan “Qarabağ” isə 8-ci dəfə həlledici matçda oynayacaq. Kubok sayında bakılılar 6, ağdamlılar 4 mükafata yiyələnib. (PFL)

mövsüm

qalib

finalçı

hesab

1992

“İnşaatçı” (Bakı)

“Kür” (Mingəçevir)

2:1, əlavə vaxtda

1993

“Qarabağ” (Ağdam)

“İnşaatçı” (Sabirabad)

1:0, əlavə vaxtda

1993/94

“Kəpəz” (Gəncə)

“Xəzər” (Lənkəran)

2:0

1994/95

“Neftçi” (Bakı)

“Kür” (Mingəçevir)

1:0

1995/96

“Neftçi” (Bakı)

“Qarabağ” (Ağdam)

3:0

1996/97

“Kəpəz” (Gəncə)

“Xəzri” (Bakı)

1:0

1997/98

“Kəpəz” (Gəncə)

“Qarabağ” (Ağdam)

2:0

1998/99

“Neftçi” (Bakı)

“Şəmkir”

0:0, pen. 5:3

1999/2000

“Kəpəz” (Gəncə)

“Qarabağ” (Ağdam)

2:1

2000/01

“Şəfa” (Bakı)

“Neftçi” (Bakı)

2:1

2001/02

yarımçıq qalıb

2002/03

Keçirilməyib

2003/04

“Neftçi” (Bakı)

“Şəmkir”

1:0, əlavə vaxtda

2004/05

“Bakı”

“İnter” (Bakı)

2:1, əlavə vaxtda

2005/06

“Qarabağ” (Ağdam)

“Karvan” (Yevlax)

2:1

2006/07

“Xəzər Lənkəran”

“MKT-Araz” (İmişli)

1:0

2007/08

“Xəzər Lənkəran”

“İnter” (Bakı)

2:0, əlavə vaxtda

2008/09

"Qarabağ" (Ağdam)

"İnter" Bakı

1:0

 2009/10

 “Bakı”

 “Xəzər Lənkəran”

2:1, əlavə vaxtda

2010/11

 “Xəzər Lənkəran”

“İnter” (Bakı)

1:1, pen 4:2

2011/12

 “Bakı”

“Neftçi” (Bakı)

2:0

2012/13

“Neftçi” (Bakı)

 “Xəzər Lənkəran”

0:0, pen 5:3

2013/14

“Neftçi” (Bakı)

"Qəbələ"

1:1, pen.2:3

2014/15

"Qarabağ" Ağdam

“Neftçi” (Bakı)

3:1

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.