5 may 2016 13:20
Rüfət Dadaşov: Almaniya yığmasında qardaşıma inanırlar
Azərbaycan yığmasının sabiq hücumçusu Rüdət Dadaşov kiçik qardaşı Renatın Almaniyanın 17 yaşadək futbolçulardan ibarət yığmasının heyətində ölkəmizə səfər etməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İnanıram ki, Almaniya yığması Bakıda uğurlu çıxış edəcək. Onların çox güclü komandası var. Qardaşım da çox yaxşı futbolçudur. Ona Almaniya yığmasında inanırlar. Qol vurub-vurmayacağını bilmirəm. Bakıya gələndə ona bəzi sözlərim oldu. Amma onların hamısı öz aramızda qalsa, yaxşıdır" (gülür).
