5 may 2016 00:20

Fərhad Vəliyev: Daha 1-2 il futbol oynamağa gücüm var

"Qarabağ"ın qapıçısı Fərhad Vəliyev Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində "İnter"ə qarşı keçirdikləri cavab oyunundan (1:0, ilk oyun 4:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Matçla bağlı fikirləriniz?
- Birinci oyunda 4:0 hesabıyla qalib gəlmişdik. Bu oyunda isə rəqibə uduzmamağa çalışırdıq. Şadam ki, vəzifəmizin öhdəsindən layiqincə gəldik və finala çıxdıq.

- "Qarabağ"ın finala çıxacağına ilk oyundan sonra onsuz da şübhə edən yox idi...
- Bəli, elədir. Amma cavab matçında da qələbə qazanmaq istəyirdk. Sonadək oynadıq və qələbə qazandıq.

- Çoxdan idi meydana çıxmırdınız. Sonuncu dəfə "Qarabağ"a hansı oyunda kömək etdiyiniz yadınızdadır?
- İkinci dövrədə ümumiyyətlə oynamamışam. Məşqlərdə üzərimdə çalışıram, özümü formada saxlamağa çalııram və şansımı gözləyirəm. İstənilən vaxt mənə də şans verilə bilər. Yaxşı formada idim və buna görə də matçı qol buraxmadan bitirdim.

- Hətta Vüqar Nadirovun penalti zərbəsini də dəf etdiniz...
- Bu, mənim işimdir. Vüqarla uzun illər bir yerdə oynamışıq. Mən onun hara zərbə vuracağını bilirdim. Ona görə də sağa tullandım. Məhz həmin küncə zərbə vuracağına inanırdım. Elə alındı ki, zərbəsini dəf edə bildim.

- Karyeranı başa vurmağı düşünmürsən?
- Xeyr, bu barədə düşünmürəm. Hələ daha 1-2 il oynamağa gücüm var.

- Yarım il öncə oynamaq istədiyinizi və buna görə "Qarabağ"dan gedəcəyinizi açıqlamışdınız. Qərarınızı qətiləşdirmisiniz?
- Düzünü desəm, Ağdam klubunda qalmaq istəyirəm. Qurban Qurbanovla söhbət edəcəyəm. Son sözü o deyəcək.

- Yerindən razısan?
- Əlbəttə, mən yerimdən həmişə razı olmuşam. Neçə ildir "Qarabağ"da oynayıram. Elə karyeramı da burada başa vurmaq istəyirəm.

- "Qarabağ"ın finaldakı rəqibi "Neftçi" olacaq...
- Neçə ildir ki, "Neftçi" ilə oyunlarımızın hər biri gərgin keçir. Bu mövsüm onlar turnir cədvəlinin üst pillələrində yer almasalar da, bu komanda həmişə iddialıdır. Fikrimcə, əla final olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.