4 may 2016 20:20

Roman Qriqorçuk: Hər iki oyunda imkanlardan istifadə edə bilmədik

Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Qəbələ” - “Neftçi” cavab oyunundan (1:1, pen.3:4) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Azerisport.az sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edir:

“Futbolçularıma təşəkkür edirəm. Onları qınamaq istəmirəm. Belə vəziyyətdə güclü olub, baş verənləri yaşamaq lazımdır. Artıq qarşıdakı çempionat matçını da düşünməliyik. Bəzi oyunların təhlilindən sonra futbolçularla sərt, tənqidi söhbət etmişik. Amma bu matça görə onlara irad bildirmək olmaz. Futbolçularım bütün bacarıqlarını ortaya qoydular. Lakin onlara çox öyrənmək lazımdır. Onlara dəstək olmağa çalışıram. Finala yüksələ bilməməyimizin səbəblərindən biri odur ki, həm ilk, həm cavab oyununda qol imkanlarından istifadə edə bilmədik. Hücum quruculuğunda ideala yaxınıq, amma sonluğu alınmır. Bütün oyun boyu aşkar üstünlüyə malik olduq. Əlbəttə, müəyyən səhvlər, istifadə olunmayan qol imkanları da gördük. Penaltilər seriyasında zərbə endirən oyunçuları onların istəyinə əsasən seçirəm. Bu gün də belə oldu. Seçim barədə düşünüb, təhlil etmək istəmirəm. Bu deyil, digər futbolçunun zərbə vurmasının necə nəticələnəcəyini bilmək olmaz. Bu matçda uduzub, kubok yarışından kənarda qaldıq. Peşəkar kimi yanaşsaq, qələbənin də, məğlubiyyətin də olduğu idman həyatını yaşamalıyıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.