4 may 2016 16:00

Ramin Quliyev: Roman Qriqorçuk bu yolda mənə çox kömək etdi

"Qəbələ"nin əvəzedici heyətini sona dörd tur qalmış çempion edən Ramin Quliyev azerisport.az müsahibə verib:

- "Neftçi" ilə matçda qalib gələrək çempion adını qazandınız. Yəqin ki, bu matçda çox həyəcanlı idiniz...
- Rəqibin "Neftçi" olmağı artıq bu oyunun asan keçməyəcəyindən xəbər verirdi. Buna baxmayaraq uşaqlar hiss etdilər ki, bu artıq son oyun ola bilər. Ona görə də bu oyuna tam motivasiya olmuşdular. Şükür Allaha çempion olmağı bacardıq.

- Çempionluq necə əldə edildi? Bu uzun yol necə keçdi sizin üçün?
- Çətin, uzun və maraqlı çemopionat oldu. Baxmayaraq ki, ilk beş turdan sonra turnir cədvəlinin 10-cu pilləsində gedirdik. Ardıcıl qələbələr, seriyalar turnir cədvəlindəki vəziyyətimizi düzəltdi. Qış fasiləsindən sonra isə məğlubiyyətsizlik seriyasını davam etdirərək çempionluğu əldə etdik.

- Bu uzun yolda ən uğurlu və uğursuz oyununuz hansı oldu?
- Ən uğursuz oyunumuz evdə "Neftçi"yə qarşı olmuşdu. Hesabda 3:1 öndə ola-ola sonda 3:4 uduzmuşduq. Uğurlu oyuna gəlincə, "Sumqayıt"a qarşı oynadığımız oyunu deyə bilərəm. Bu komanda əsas rəqiblərimizdən idi. Onları məğlub edib turnir cədvəlində xal fərqini artıra bildik.

- Adətən əvəzedici heyətə əsas komandadan oyunçular göndərilir. Əsas komandadan çox oyunçu istifadə etdiz?
- Deməzdim ki, əsas komandadan çox oyunçu istifadə etdik. Sadəcə elə oyunçular oldu ki, onların köməyi bizə hava-su kimi lazım idi. Çox sağolsunlar ki, onlar da bu köməkliyi bizdən əsirgəmədilər.

- Hazırkı "dubl"dan əsas komandaya hansı oyunçu hazır hesab edirsiz?
- Əsas komandada oynaya biləcək çox futbolçumuz var. Ancaq bu məsələdə qərarı sonda əsas komandamızın baş məşqçisi Roman Qriqorçuk verir. Onun fikirlərinə də hörmətlə yanaşıram.

- Roman Qriqorçuk təbrik etdi sizi? Mövsümboyu ukraynalıdan hansısa məsləhətlər alırdın?
- Mövsümün əvvəlində mən əsas komandamızla təlim-məşq toplanışına getdim. Roman Qriqorçukun orada dəyərli məsləhətləri oldu, bu yolda çox köməklik göstərdi mənə. "Neftçi" ilə çempionluq oyunundan sonra təbrik etdi məni. Ona da təşəkkür edirəm.

- "Sağ əliniz "Qəbələ"nin əsas komandasının başına". Səncə siz nəyi daha yaxşı etdiniz, hansı ki, əsas komanda onu edə bilmir?
- Bu suala cavab verməkdə çətinlik çəkirəm. Çünki əsas və əvəzedici heyətlərin oynadığı liqalarda fərqli oyunlardı.

- Baş məşqçi kimi ilk çempionluğundu deyəsən. Bundan sonra səni əsas komandanın məşqçilər korpusunda görə bilərik?
- Keçən il U-17 komandamızla həm ölkə kubokunu, həm də ölkə çempionluğunu qaznmışam. Bu sayca üçüncü qızıl medalımdı(gülür). Qaldı ki, əsas komandamızda məşçqilər korpusunda yer almağıma, bunu zaman göstərək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.