4 may 2016 14:45

Amil Yunanov: Millimizin Avstriya toplanışına dəvət almağım tam mümkündür

"Sumqayıt"ın hücumçusu Amil Yunanovun azerisport.az saytına müsahibəsi

- Klubunuzun prezidenti Kamran Quliyev bəyan edib ki, sizi istəyən komandalar çox olsa da, indi satmağa razı deyil...
- Şübhəsiz ki, klub rəhbərliyinin qərarı hər şeydən önəmlidir. "Sumqayıt" məni çox dəstəkləyib. Pis və ya yaxşı çıxış etməyimdən asılı olmayaraq, həmişə şans qazanmışam. Ona görə də bu komandanı tərk etmək istəmirəm. "Sumqayıt"a faydalı olmaq istəyirəm.

- Quliyev bəyan edib ki, sizə görə elə bir qiymət oxuyacaq ki, onunla Azərbaycana ikinci Reynaldonu gətirmək olar. İnanırsınız ki, sizə görə hansısa klub 300-500 min dollar pul ödəsin?
- "Sumqayıt"da 5 manat aldığım halda kənardan təklif olunan 10 manata qaçmaram. Bu, kişiyə yaraşmaz. Mən burada oynamaq, yığmaya düşmək istəyirəm. Əlbəttə, hansısa klubdan təklif gəlsə, biz rəhbərliklə, məşqçilərimizlə bunu müzakirə edəcəyik. Onlar necə desə, elə də olacaq. Zədəli olduğum vaxt çox adam məni unutmuşdu. Amma "Sumqayıt" dəvət etdi, inandı.

- Son turda "İnter"ə qarşı keçirdiyiniz oyunun belə dramatik alınmasına nə səbəb oldu?
- Bəli, gərgin və maraqlı oyun alındı. Təəssüf ki, qələbəni əldən verdik. Bu görüşdə qələbə qazanmalı idik. Özü də rəqib 10 nəfərlə qalmışdı. Əfsuslar olsun ki, sonda bir xalla kifayətlənməli olduq.

- Komandanız iki penaltini dəyərləndirə bilmədi. Sizcə, bu, bəxtsizlik idi, ya ustalıq səviyyəsinin aşağı olmasından irəli gəlirdi?
- Sadəcə, həmin gün bizim bəxtimiz gətirmədi. Penaltiləri klubun aparıcı futbolçuları yerinə yetirdi. Uğur bizim tərəfimizdə deyildi.

- Maraqlıdır ki, hər iki penaltini siz qazandığınız halda heç birini yerinə yetirmədiniz...
- Belə qərar verdik. Ola bilsin ki, heç mən də dəqiq vurmayacaqdım. Artıq hər şey geridə qalıb. Deməli, elə qismət imiş.

- Amma bu oyunda çox gözəl qol vurdunuz...
- Məşqlərdə hərdən elə zərbələr üzərində çalışıram. Həmin anda da cərimə meydançasında heç kimin olmadığını gördüm və özümə inanıb, güclü zərbə vurmaq qərarına gəldim. Vaxtilə "Rəvan"da da həmin nöqtədən 3-4 qol vurmuşdum. O zaman sağ cinah yarımmüdafiəçisi kimi oynayırdım.

- Qarşıda sizi "Qarabağ"la oyun gözləyir...
- Çempionluğu təmin edən "Qarabağ"ın bizimlə oyuna arxayın çıxacağını düşünmürəm. Peşəkar klubdur, peşəkar futbolçuları var. Buna baxmayaraq, biz "Qarabağ"dan xal almağa çalışacağıq.

- Yəqin ki, Azərbaycan millisinin Avstriya toplanışına siz də dəvət almaq istəyərdiniz...
- Milliyə dəvət almağı çox istəyirəm. Robert Prosineçkinin mənə dəvət göndərməsi mümkündür. Millinin formasını geyinmək üçün səbrsizlənirəm. Bu, mənim üçün şərəf olar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.