4 may 2016 12:00

Təbriz Həsənov: Bizim öz hədəfimiz var

Sabah Bakıda start götürəcək 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasındakı Avropa çempionatında A qrupunda mübarizə aparacaq Azərbaycan, Portuqaliya, Belçika və Şotlandiya yığmalarının baş məşqçiləri bu gün mətbuat konfransı keçiriblər. Azerisport.az xəbər verir ki, millimizin baş məşqçisi Təbriz Həsənov bunları söyləyib:

"Həmkrarlarımı salamlayıram, onlara uğurlar arzulayıram. Komandamıza gəlincə, zədəlilərimiz artıq sağalıb, heyətə qayıdıblar. Ona görə də tam heyətlə hazırlaşırıq. Komanda qarşıdakı oyunlara hazırdır. Tribunalardan böyük dəstək gözləyirik. Bu, komandamıza motivasiya baxımından əlavə güc verəcək. Ajiotaja gəlincə, artıq şəhərdə bunu görmək mümkündür. Portuqaliya yığmasının oyunlarına baxmışam. Güclü komandadır. Texnikalı, sürətli futbolçulara malikdirlər. Onlar turnirin əsas favoritlərindən biridir. Buna baxmayaraq, qələbəyə köklənmişik".

Həsənovun sözlərinə görə, yığmamızın da öz hədəfləri var: "Qarşımızda qrupdan çıxmaq hədəfi var. Hər oyuna qələbə üçün çıxacağıq. Buna hazırıq. Bütün diqqətimiz qarşıdakı oyunlarda uğur qazanmağa yönəlib".

Portuqaliya yığmasının baş məşqçisi Eliu Sosuza bunları bildirib: "Sabah Azərbayanla qarşılaşırıq. Turnirdə çıxış edən bütün komandalar üzərində təzyiq hiss edir. Ümid edirəm ki, biz bunun öhdəsindən gələ biləcəyik. Azərbaycan yığmasını yüksək qiymətləndiririk. Yaxşı rəqibdir. Ancaq qələbə barədə düşünürük. Futbolçularımın böyük azarkeş ordusu qarşısında özlərini necə aparacağını görəcəyik. Uşaqlarla bu yöndə də iş aparmışıq".

Şotlandiya yığmasının çalışdırıcısı Skott Qemmill: "Azərbaycana qarşı oyuna qədər bu komandanın iki oyununu görəcəyik. Həmin matça kimi rəqibi yaxşı analiz edib, necə oynamaq lazım olduğunu müəyyənləşdirəcəyik. Turnirin ev sahibinə uğurlar arzulayıram".

Belçika yığmasının baş məşqçisi Terri Sike: "Azərbaycanda ilk dəfə oluram. Azərbaycanla oyunumuz növbəti turda baş tutacaq. Hazırda ancaq Şotlandiya ilə dueli düşünürük. Meydan sahiblərini həmin oyundan sonra analiz edəcəyik".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.