4 may 2016 20:52

Qarabağın finaldakı rəqibi Neftçi oldu!

Bu gün Azərbaycan kubokunda 1/2 final mərhələsinə yekun vurulub. Azerisport.az xəbər verir ki, kubok uğrunda mübarizəni davam etdirən komandalar cavab yarımfinal oyunlarına çıxıblar.

İlk finalçının adına Qəbələdə aydınlıq gəlib. Bu bölgənin eyni adlı təmsilçisi doğma meydanda "Neftçi" ilə qarşılaşıb. İlk görüşdə olduğu kimi, bu dəfə də tərəflər arasında 90 dəqiqənin tamamında heç-heçə qeydə alınıb. Əlavə vaxtda qol vurulmadığından qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub. Daha dəqiq oynayan "Neftçi" finala yüksəlib.

Yarımfinalın digər cütündə isə "Qarabağ" səfərdə 4 cavabsız qolla məğlub etdiyi "İnter"lə üz-üzə gəlib. Masazırda baş tutan görüşdə yenə Ağdam klubu qalib gəlib.

Bununla da ötən mövsüm olduğu kimi cari mövsümün sonunda da “Qarabağ” və “Neftçi”nin iştirakı ilə keçiriləcək finala tamaşa edəcəyik. Azərbaycan Kuboku uğrunda həlledici oyun 25 mayda reallaşacaq.

Azərbaycan Kuboku
Yarımfinalın cavab oyunları

4 may (çərşənbə)

“Qəbələ” - “Neftçi” - 1:1 (penaltilər - 3:4)
Qollar: R.Qurbanov, 59 (0:1). E.Zets, 76 (1:1).
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Namiq Hüseynov, Rəvan Həmzəzadə.
Qəbələ şəhər stadionu.
(ilk oyun - 1:1).

Penalti seriyası:
A.Qay - 1:0
E.Ramos - 1:1
A.Antonov - 2:1
Jayro - 2:2
E.Zets - 3:2
A.Abdullayev - 3:3
V.vernidub - 3:3 (qapıçı)
Anyete, 3:3 (qapıçı)
S.Zərgərov - 3:3 (kənara)
R.Qurbanov - 3:4

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 20. Rikardinyo, 3. Voyislav Stankoviç, 15. Vitali Vernidub, 34. Urfan Abbasov, 4. Elvin Camalov, 11. Asif Məmmədov, 19. Aleksey Qay (k), 32. Rəşad Eyubov, 66. Samir Zərgərov, 69. Aleksey Antonov.
Ehtiyat oyunçular: 33. David Petrkeviç, 44. Rafael Santos, 21. Arif Daşdəmirov, 8. Məhəmməd Mirzəbəyov, 7. Ermin Zets, 87. Ruslan Abışov, 25. Qismət Alıyev.
Baş məşqçi: Roman Qriqorçuk.
“Neftçi”: 1. Aqil Məmmədov (k), 3. Jayro, 6. Aylton Silva, 4. Rahil Məmmədov, 8. Elşən Abdullayev, 11. Ruslan Qurbanov, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 27. Məqsəd İsayev, 95. Elvin Bədəlov.
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 7. Araz Abdullayev, 10. Cavid İmamverdiyev, 26. Kamal Qurbanov, 20. Anyete, 14. Məhəmməd Qurbanov, 18. Elşən Rzazadə.
Baş məşqçi: Vəli Qasımov.
 

“Qarabağ” - “İnter” - 1:0
Qol: M.Madera, 23 (1:0).
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, İsgəndər Əliyev, Rövşən Rəcəbov.
Masazır. "Əlincə Arena".
(ilk oyun - 4:0).

“Qarabağ”: 1. Fərhad Vəliyev (k), 5. Maksim Medvedev, 8. Migel Madera, 9. Reynaldo Silva, 18. İlqar Qurbanov, 32. Elvin Yunuszadə, 67. Əlhərbi Əl Jadeyui, 77. Cavid Tağıyev, 90. Samuel Armenteros, 91. Coşqun Diniyev, 97. Mahir Mədətov.
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 4. Eltun Yaqublu, 19. Azər Salahlı, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
“İnter”: 1. Kamran Ağayev (k), 2. Sertan Taşkın, 4. Laşa Kasradze, 6. Laşa Salukvadze, 9. Qara Qarayev, 12. Ruslan Əmircanov, 17. Vüqar Nadirov, 19. Mirhüseyn Seyidov, 24. Fuad Bayramov, 33. Aqşin Quluzadə, 77. Mirsahib Abbasov.
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 3. Denis Silva, 18. Mənsur Nəhavəndi, 20. Yuri Fomenko, 22. İlkin Qırtımov, 30. Abbas Hüseynov, 39. Elnur Süleymanov.
Baş məşqçi: Zaur Svanadze.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.