4 may 2016 00:25

Ölkə kubokunda finalçılar bəlli olur

Bu gün Azərbaycan kubokunda 1/2 final mərhələsinə yekun vurulacaq. Azerisport.az xəbər verir ki, kubok uğrunda mübarizəni davam etdirən komandalar cavab yarımfinal oyunlarına çıxacaqlar.

İlk finalçının adına Qəbələdə aydınlıq gələcək. Bu bölgənin eyni adlı təmsilçisi doğma meydanda "Neftçi" ilə qarşılaşacaq. Tərəflər arasında böyük qalmaqalla yadda qalan ilk oyun 1:1 hesabıyla başa çatıb. Bu üzdən də cavab oyununda meydan sahiblərini hətta qolsuz heç-heçə də qane edəcək. "Ağ-qaralar" isə mütləq ya daha bol qollu heç-heçəyə imza atmalı, ya da mütləq qələbə qazanmalıdırlar.

Xatırladaq ki, indiyədək kubokda yolları yalnız 1 dəfə kəsişən komandalar iki il əvvəl finalda qarşılaşıblar. Maraqlıdır ki, heç-heçə (1:1) başa çatan həmin matçın taleyini penaltilər seriyası həll edib. Daha dəqiq (3:2) olan “Neftçi” kubokun sahibi olub. Bu dəfə isə "Qəbələ"nin bu rəqibini yenib finala çıxmaq şansları daha yüksək qiymətləndirilir.

Yarımfinalın digər cütündə isə demək olar ki, hər şey aydındır. "Qarabağ" səfərdə 4 cavabsız qolla məğlub etdiyi "İnter"lə cavab matçını tamamilə formallığa çevirib. Bu üzdən hər iki komandanın Masazırda baş tutacaq qarşılaşmaya optimal heyətlə çıxmayacağı gözlənilir. Bir sözlə, "Qarabağ" artıq final matçını düşünür.

Qeyd edək ki, kubokda 3 dəfə yolları kəsişən komandalar 5 oyunda qüvvələrini sınayıblar. 1/8 və 1/4 finala təsadüf edən əvvəlki illərdəki duellərdə iki oyunun yekununda “İnter” qalib gəlib. Yeganə final matçında isə “Qarabağ” üstün olub. 7 ildən sonra bu yarışda üz-üzə gələn komandalar ilk dəfə yarımfinalda münasibətlərini aydınlaşdırır.

Azərbaycan Kuboku
Yarımfinalın cavab oyunları

4 may (çərşənbə)

16:00. “Qəbələ” - “Neftçi” (ilk oyun - 1:1)
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Namiq Hüseynov, Rəvan Həmzəzadə.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Əli Hüseynov.
Qəbələ şəhər stadionu.

19:00. “Qarabağ” - “İnter” (ilk oyun - 4:0)
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, İsgəndər Əliyev, Rövşən Rəcəbov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Şahin Cəfərov.
Masazır. "Əlincə Arena".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.