3 may 2016 17:20

Kamal Quliyev: Özümü Premyer Liqaya hazır hesab edirəm

Birinci divizionun lideri "Neftçala"nın baş məşqçisi Kamal Quliyev "Qarabağ"ın çempionluğundan, kubokun yarımfinal mərhələsindəki mübarizədən və "Neftçi"dən danışıb. Azerisport.az saytına açıqlamasında o, öncə bunları söyləyib:

"Mənə elə gəlir ki, "Qarabağ" çempionluğunu 5-6 tur öncə təmin etmişdi. Onlar bunu sadəcə, bu tur rəsmi qaydada təsdiq etdilər. Kuboka gəlincə, ola bilər ki, "Qarabağ" - "Qəbələ" finalını izləyək. Amma belə olmaya da bilər. Kubokun ilk yarımfinal oyunları maraqlı keçsə də, sürpriz qeydə alınmadı. Cavab görüşlərində də sürpriz olacağını düşünmürəm".

Quliyev Azərbaycanı avrokuboklarda təmsil edəcək klubların kimliyindən də söz açıb: "Avrokuboklara kimin çıxmasından asılı olmayaraq, hər biri ölkəmizi layiqincə təmsil etməyə çalışmalıdır. Avrokubokların səviyyəsi çempionatımızdan daha yüksəkdir. Bu üzdən də klublarımız qətiyyən arxayınlaşmamalıdırlar. Ən azından bir mərhələ keçmək vacibdir".

"Neftçala"nın çalışdırıcısı bir müddət öncə "İnter"in sükanı arxasına keçəcəyi barədə yayılan xəbərlərə də münasibət bildirib: "Bunlar şayiədir. Amma təbii ki, nəinki "İnter"dən, digər istənilən klubdan təklif gəlsə, ona baxmağa hazıram. Özümü Premyer Liqaya hazır hesab edirəm. Hər bir "Neftçi"li kimi, mən də bu komandanı çalışdırmaq istərdim. Amma bu, arzudan asılı deyil. Mənim öz planım, proqramım var. "Neftçi"də həmişə istedadlı gənclər olub. Onlarla legionerlərin birliyindən gözəl komanda yaratmaq mümkündür. Mən bunu bacaracaq gücdəyəm. Sadəcə, mənə güvənmək qalır".

"Neftçi" ilə üç il ardıcıl çempion olduq. Bir mövsüm hətta "qızıl dubl"a ima atdıq və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandıq. Həmin üç il bir məşqçi kimi mənim üçün də gözəl keçdi. "Neftçi" indiki siyasətin qurbanı olmamalıdır. Heyətdə gəncləşdirmə siyasəti aparmaq yox, ÇL-in qrup mərhələsinə vəsiqə qazanmağa çalışmaq lazım idi. Komandadakı problemləri kənardan eşidirik və daxildə nələrin baş verdiyini bilmirik. Amma vəziyyətdən çıxış yolu hər zaman var. Mənə elə gəlir ki, klub rəhbərliyi indiki legionerlərdən imtina etməli, yerli futbolçulara güvənməlidir. Yeni komandanın formalaşması baxımından bu, çox vacibdir".

Quliyev həmçinin iki gün sonra Bakıda start götürəcək 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasındakı AÇ-də mübarizə aparacaq Azərbaycan millisinin şanslarından da söz açıb: "Hər şey ola bilər. Bütün rəqiblərlə oynamaq olar. Qrupdan çıxmaq şansımız da var. Sadəcə, bunun üçün çox çalışmaq və oyunlara yaxşı hazırlaşmaq lazımdır. İndi hansısa proqnoz söyləmək düzgün deyil. Millimiz qrupunda ən zəif komanda hesab olunur. Bu üzdən də uşaqları oyunlara maksimum dərəcədə yaxşı kökləmək lazımdır".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.