3 may 2016 11:30

Vaqif Cavadov: Sumqayıt yaxşı təklif irəli sürsə, qalacağam

"Sumqayıt"ın hücumçusu Vaqif Cavadov Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyundan (2:2) sonra azerisport.az saytının suallarını cavablandırıb:

- "İnter"lə oyun barədə nə deyə bilərsiniz?
- Mövsümdə belə oyunlar az olur. Çox gərgin oyun oldu. Təəssüf ki, bu qədər qol vəziyyəti yaratdığımız halda, sonda heç-heçə etdik. Üç penaltidən demək olar ki, heç biri dəqiq yerinə yetirilmədi. Penaltidən başqa digər qol vəziyyətlərimizi da boşa verdik. Bütövlükdə, yaxşı oynadıq.

- "Sumqayıt"dakı ilk qolunuzu vurdunuz. Amma penaltini dəyərləndirə bilmədiniz..
- Penaltini vura bilməmək mənim səhvim idi. İkinci qolu vurmağı çox istəyirdim. Amma şəxsi göstəricilərim məni heç vaxt narahat etməyib. Mənim üçün əsas komandamın uğur qazanmasıdır.

- "Kəpəz"ə məğlubiyyətdən (2:3) sonra baş məşqçi Samir Abasov futbolçuların əksərinin yayda komandadan göndəriləcəyini qeyd etmişdi. Bunu necə qarşıladınız?
- Tamamilə normal. Onun oyuna öz baxışı var. Şübhəsiz ki, istədiklərini görə bilmirsə, dəyişiklik lazımdır. Amma "İnter"lə oyun göstərdi ki, komandamız yaxşı oynaya bilir. Uşaqlar özlərini göstərmək istəyirlər.

- Özünüzü növbəti mövsümdə də "Sumqayıt"da görürsünüz?
- Qışda "Sumqayıt"a ailə vəziyyətimlə əlaqədar keçdim. Burada həm də öz oyunumu yaxşılaşdırmaq istəyirdim. "Sumqayıt"ın rəhbərliyi, məşqçilər korpusu ilə gözəl münasibətim var. Hər şey klubdan asılıdır.

- Nə mənada?
- Klub öz iddiasını artıracaqsa, onlardan yaxşı təklif alacağamsa, niyə də burada qalmayım? Qarşısına böyük hədəflər qoyan komandada oynamaq istəyirəm. Hələ qalacağımı və ya gedəcəyimi dəqiq bilmirəm.

- "Sumqayıt"a gələndən sonra çox tənqid olunurdunuz. Amma son dövrlər oyununuz yaxşılaşıb...
- Tənqidi həmişə normal qəbul etmişəm. Heç vaxt tənqidlərə cavab verməmişəm. Mən öz işimi görürəm. Futbolu sevirəm.

- Robert Prosineçkinin sizi Avstriya toplanışına çağıracağını gözləyirsiniz?
- Buna baş məşqçi qərar verəcək. Hamıya yaxşı məlumdur ki, milli komandada nə qədər oyun keçirmişəm, kömək etmişəm. Yenə lazım gəlsə, millidə oynamağa hazıram.

- "Qarabağ"ın ardıcıl üçüncü çempionluğunu necə qarşıladınız?
- Bu, normaldır, çünki onlar bütün rəqiblərindən güclü idi. Növbəti layiqli çempionluğu rəsmiləşdirdilər. Uşaqları, klub rəhbərliyini təbrik edirəm. Ümid edirəm ki, növbəti mövsümdə Çempionlar Liqasının qrup mərhələsində çıxış edərlər.

- Sizə elə gəlmir ki, erkən çempionluq milli çempionatımıza mənfi təsir göstərir?
- Əlbəttə, bu, çempionata marağı öldürür. Amma "Qarabağ" bütün keyfiyyətlərdə rəqibini üstələyirsə, nə etmək olar? 2-3 mövsüm öncə çempionat daha güclü idi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.