3 may 2016 00:25

Aleksey Qay: Bombardirlik mənim üçün önəm daşımır

Topaz Premyer Liqasının 32-ci turunda “Neftçi”ni qəbul edən “Qəbələ” ev oyununda 1 xal əldə etdi. Azerisport.az xəbər verir ki, 2:2 hesabı ilə başa çatan matçda hesabı Aleksey Qay açdı.

Bunadək “Xəzər Lənkəran”la 31-ci turun çempionat (1:0) və “Neftçi” ilə kubok (1:1) görüşlərində erkən qol vuran ukraynalı yarımmüdafiəçi ardıcıl 3 oyundur qol vurur. 30-cu tur çərçivəsində “Rəvan”la matçı (2:0) cəza üzündən buraxan orta sahə oyunçusunun 29-cu turda “Sumqayıt”a da (1:1) qol vurduğunu nəzərə alsaq, o, meydana çıxdığı son 4 qarşılaşmada fərqlənib. Qay son matç haqda fikirlərini klub saytına açıqlayıb:

“Neftçi” ilə oyun haqda indi nə isə söyləmək çətindir. Artıq neçənci dəfədir ki, yaradılan qol imkanlarından istifadə edə bilmirik. Bundan maksimum yararlansaydıq, daha çox qol vurardıq. Lakin rəqibin xırda səhvlərimizdən də istifadə etdiyini nəzərə alsaq, hesabı qanunauyğunluq kimi dəyərləndirmək olar. Futbolda səhvin olmaması mümkünsüzdür. Hesabda iki dəfə önə keçdik. Bəlkə də konsentrasiyanın ani itirilməsi hər iki halda hesabın bərabərləşməsi ilə nəticələndi”.

Aprelin 27-də Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda, mayın 1-də isə Premyer Liqanın 32-ci turunda “Neftçi” ilə görüşən “qırmızı-qaralar” mayın 4-də yenidən eyni rəqiblə üz-üzə gələcək. Qay hər iki matçda qol vurduğu komanda ilə 3-cü duelin vacibliyini qeyd edib:

“İki gün sonra baş tutacaq qarşılaşma çox vacib əhəmiyyət kəsb edir. Çünki yarımfinalın cavab oyununun dəyəri də böyükdür. Uğur qazanacaq komanda həlledici matça vəsiqə əldə edəcək. Biz də bütün bacarığımızdan istifadə edib, finala yüksəlməliyik. Futbolda bəzən belə olur ki, ardıcıl bir neçə dəfə eyni komanda ilə qarşılaşırsan. “Neftçi” ilə qısa müddətdə 3-cü dəfə oynamağımızın hansı komandanın xeyrinə olacağını demək çətindir. Belə oyunlarda rəqiblər bir-birini daha yaxşı tanıyır. Hətta müəyyən mənada rəqib komandanın necə oynayacağını da öncədən görmək olur. Düşünürəm ki, iki dəfə heç-heçə etdiyimiz “Neftçi” səddini adlayıb, finala çıxmaq üçün daha mütəşəkkil oyun nümayiş etdirməli, komanda şəklində oynamalıyıq”.

Premyer Liqada 9, kubokda 4 qol vuran yarımmüdafiəçi hər iki turnirdə “Qəbələ”nin ən məhsuldar oyunçusudur. Ümumilikdə 13 qol vuran Aleksey karyerasının da rekordunu yeniləyib. O, 12 qola imza atdığı 2005/06 mövsümünü də arxada qoysa da, rekordlar və məhsuldarlığı haqda danışmaq istəmədiyini bildirib:

“Bombardirlik mənim üçün önəm daşımır. Vurduğum qollar deyil, komandamızın uğuru vacibdir. Qolu kimin vurmasının fərqi yoxdur ki, yarımmüdafiəçilər, yoxsa hücumçu rəqib qapısına yol tapır. Qollarımı saymıram, şəxsi rekordlar da maraqlı deyil. Penaltilərə gəlincə, əvvəlki klublarımda da belə zərbələri yerinə yetirdiyim vaxtlar olub”.

Ötən mövsümdə də çempionat oyunlarında 4 dəfə fərqlənməyi bacaran Qay 66 oyun keçirdiyi “Qəbələ” karyerasındakı ümumi qol sayını 17-yə çatdırıb. Bununla da Yannik Kamanana çatan Aleksey klub tarixinin bombardirləri siyahısında 5-ci yerə şərik olub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.