2 may 2016 18:30

Juninyo: Başqa nəticə bizi qane etməyəcəkdi

Junior Martins Topaz Premyer Liqasının 32-ci turunda “Kəpəz”in “Rəvan” üzərində qazandığı 3:2 hesablı qələbədə pay sahibi olan futbolçulardandır. Azerisport.az xəbər verir ki, oyunu əvəzedilmədən keçirən braziliyalı klub saytına bu matçla bağlı fikirlərini bildirib.

Təcrübəli yarımmüdafiəçi vacib olan qələbəni qazandıqlarını deyib: “Bizim üçün oyundan üç xalla ayrılmaq lazım idi. Avroliqa yolunda evdə oynadığımız görüşdə yalnız qələbə qazanmalı idik. Başqa nəticə bizi qane etməyəcəkdi. Tanrıya şükürlər olsun ki, məqsədimizə çatdıq”.

Martins qələbənin komandaya asan başa gəlmədiyini vurğulayıb: “Görüş ərzində səhvlər də buraxdıq. Xüsusən də birinci və ikinci hissənin sonlarında rəqibə oynamaq imkanı yaratdıq. Qonaqlar iki dəfə qapımıza qol da vurdular. Bu da müdafiə xəttində yaranan anlaşılmazlıqdan irəli gəldi. "Rəvan" hesab arasındakı fərqi azaltsa da, biz vacib olan nəticəni qoruya bildik”.

Legioner futbolçu fasilədə baş məşqçinin tapşırıqlarının həlledici olduğunu və bunun sayəsində matçdan üç xalla ayrıldıqlarını əlavə edib: “Oyunun əvvəlindən təşəbbüsü ələ aldıq, hətta rəqib qapısına tezliklə qol da vura bildik. Sonradan vəziyyət dəyişdi. Fasilədə Şahin Diniyev necə oynamalı olduğumuz bildirdi. Beləcə ikinci hissədə görüş sanki yenidən başladı, daha inamlı çıxış edib iki qol vurduq və nəticəni xeyrimizə dəyişdik. Oyuna nəzarət əlimizdə idi”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.