2 may 2016 16:40

Ruslan Qurbanov: İlk dəfə karyeramda belə bir qol vurdum

"Neftçi"nin hücumçusu Ruslan Qurbanov Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri səfər oyunundan (2:2) sonra azerisport.az saytının suallarını cavablandırıb:

- Matçla bağlı nə deyə bilərsiniz?
- Matç bizim üçün yaxşı alındı. Yaxşı oynadıq. Təəssüf ki, qələbə qazana bilmədik. Amma bu, futboldur. Hazırda bütün diqqətimiz kubok oyununa yönəlib. "Qəbələ" ilə yarımfinalın cavab matçı bizim üçün çox önəmlidir. Mənə elə gəlir ki, bu komandaya qarşı keçirdiyimiz son oyundan razı qalmaq olar. Qarşıdakı görüşdə də uğurlu çıxış etmək istəyirik.

- Bu oyunda çox gözəl qol vurdunuz. Həmin epizodda komanda yoldaşınıza ötürmə də verə bilərdiniz. Niyə zərbə vurmağa üstünlük verdiniz?
- Düzünü deyimki, heç komanda yoldaşımı görmürdüm. Sadəcə, məşqdə belə zərbələrə çox üstünlük verirdim. oyunda da sınamağa qərar verdim və nəticədə belə bir qol alındı. Doğrudan da gözəl qoldur. Karyeramda ilk dəfə belə qol vururdum.

- Qəbələdəki hakimlik xoşunuza gəldi?
- Heç şərh etmək belə istəmirəm. Sözüm yoxdur.

- Kubokun cavab matçında da 2:2 hesablı səfər heç-heçəsinə nail olsanız, "Qəbələ"ni keçib, finala çıxacaqsınız (ilk yarımfinal matçı 1:1 bitib). Sizcə, çempionatda altıncı yeri tutmaqla avrokuboklara vəsiqə qazanmaq asandır, ya kubokun finalında qalib gəlməklə?
- Bizim üçün hər iki turnir çox vacibdir. Amma biz öncə kubokun finalına vəsiqə qazanmağa, daha sonra isə çempionatda uğur əldə etməyə çalışacağıq.

- Cavab matçında uğur qazanacağınıza inanırsınız?
- Biz ilk oyunda da uğura inanırdıq. "Neftçi"də çıxış edən hər bir futbolçu böyük potensiala malikdir. Sadəcə, bu mövsüm nədənsə bəxtimiz gətirmir. Hər şeyə rəğmən, nəticə qazanmaq üçün əlimizdən gələni edirik.

- Matçdan sonra Müşahidə Şurasının üzvləri və icraçı direktor Elnur Məmmədov paltardəyişmə otağına gəldi. Onlar sizə nə dedilər?
- Matça görə bizə təşəkkür etdilər. Artıq kubok oyununa köklənmək lazım olduğunu söylədilər. Rəhbərlik bizə həmişə inanır və dəstəkləyir. Biz də onların etimadını doğrultmağa çalışırıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.