2 may 2016 13:40

Kamran Quliyev: Mən Neftçidə? Bəzi adamlar bu məsələni şişirdib, çayxana söhbəti kimi edib

"Sumqayıt"ın prezidenti Kamran Quliyev Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyundan (2:2) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- "İnter"lə matçı necə şərh edə bilərsiniz?
- Bu görüşdə böyükhesablı qələbə qazanmalıydıq. Ən azından qaçırılmış iki penaltimiz var. Penaltini anlayırıq ki, lotoreyadı. Ancaq lotoreya da əllinin əlliyə olur. Nə isə, o da vurulmadı. Həm birinci, həm də ikinci hissədə çoxlu qol imkanlarımız oldu. "İnter"in müdafiəçisi Zurab Xizanişvili zədələnib meydandan çıxandan sonra boşluqlar çox oldu və biz daha çox hücum yaratdıq. Bizim heyətdə daha peşakar, ustalar olsaydı, "İnter"ə 5-6 top vuracaqdıq.

- 4 oyunçunuz bir "İnter"liyə qarşı hücuma çıxır və oyunçularınız nə edəcəklərini bilmir. Buna nə ad vermək olar?
- Nizam-intizam olmayanda, futbolçu oyuna hazır olmayanda məşqçi heyətinə sual vermək olar. Ancaq məşqçi heyəti onları qapıya qədər gətirir də. Məşqçi futbolçumuza qapıya necə zərbə vur, topu qapıdan necə keçirmək oları necə öyrətsin? Onu futbolçuya uşaq vaxtlarında müəllimi öyrətməliydi. Şükür Allaha ki, bizim Amil Yunanovumuz var. "İnter"lə matçda hər şeyi etdi, qol vurdu, iki penalti qazandı, Ağabalaya yüzfaizli qol imkanı yaratdı. Son on dəqiqədə Amil oynasaydı, qol vurardı, məncə.

- Bu cür qol imkanlarınızın yüksək olduğu matçda xal itirməyinizin səbəbini konkret nədə görürsüz?
- Oyun nizam-intizamı 90 və artırılan dəqiqəyə kimi saxlanılmalıdı. Son dəqiqələrdə boşluq verən kimi, "İnter" yox, bütün Premyer Liqa komandaları bunu bağışlamır.

- Amil Yunanovun bu cür parlaq çıxış edəcəyinə inam var idi?
- Onsuz da bizim komandaya kim gəlir, düşünürük ki, yaxşı futbolçudu, bizə kömək edə bilər. "Sumqayıt" tramplindi, şəraitdi. Futbolçuya görə tez ruhdan düşmək işimizə də mənfi təsir edə bilər. Ona görə də uşaqlara şans veririk oynamağa. Məhəmməd Qurbanov komandamıza gələndə üç ay heç kəs onu tanımırdı. Ancaq ondan sonra birdən-birə açıldı. Şans və vaxt vermək lazımdı oyunçuya. Amil Yunanov qışdan, "Rəvan"ın oyununa qədər hardaydı? "Yatırdı". Sonradan güc və inam gəldi, indi də şükür Allaha, qollarını vurur.

- Bu cür dramatik oyundan sonra da əsəbi deyilsiz, üzünüz gülür...
- Səbr etmək istəyirəm. İslam qaydalarına görə səbrli olmaq lazımdır.

- Yayda hansı islahatlar gözlənilir? Samir Abasovun özünü komandada saxlacaqsız?
- Təbii ki, yollarını ayıracağımız oyunçular ola bilər. Böyük ehtimalla Samir müəllim komandada qalacaq. Artıq planlarımızı da Samir müəllimlə qurmağa başlamışıq. Hansısa fors-major bir şey olmasa, Samir müəllim gələn il də bizim komandanı çalışdıracaq. Bizim komanda birinci mövsümündə ən gənc komanda ola bilərdi, ancaq indi yaş həddi 20-25-di. Premyer Liqada ən gənc komanda deyilik, amma həqiqətən də gənc perspektivli oyunçularımız var. Elə hücumçumuz Amil Yunanovun "İnter"ə vurduğu qol nəyə desəz, dəyər. Bu cür qol Avropanın aparıcı liqalarında vurulan qollardandı.

- Legioner gətirmək fikriniz var?
- Samir Abasovun hesabatından sonra legioner gətirməklə bağlı müraciət edilsə, baxılacaq.

- Adınız "Neftçi" ilə hallanır. Maraqlıdı, yayda bu komandaya keçidiniz baş tuta bilərmi?
- Sadəcə, gülməlidi. Elə bir şey yoxdu. Ola bilər bəzi adamlar bu məsələni şişirdib, hardasa çayxana söhbəti kimi edib. Amma mən rəsmi təklif almamışam, o barədə də heç kimlə danışmamışam. "Sumqayıt"da mənə ehtiyac duyulsa, burada böyük məmmuniyyətlə işləməyə davam edəcəm. Bu klubu tikənlərdən biriyəm. Düzdü, tək mən deyiləm, ancaq onlardan biriyəm.

- Maraqlıdı ki, Amil Yunanov yaxşı çıxış etsə də, Robert Prosineçki onu milliyə dəvət etmir. Bunu nə ilə əlaqələndirirsiz? Heç Prosineçki ilə bu barədə söhbətiniz olub?
- Bəli, onunla danışırıq. Qışda real idi ki, Amil fevral toplanışına cəlb edilsin. Düzdü, Amil əvvəl "Qəbələ"də Premyer Liqada bir neçə oyun oynayıb. Amma əsasən bizdə oynamağa başlayıb yüksək liqada. Amil qışdan sonra nədənsə lap yaxşı çıxış edə bilmədi. Arxayınlaşmaq? Xeyr, o, belə adam deyil. İndi bir az açılışıb. Milliyə də düşməyə şansı var. Prosineçki özü də həmişə deyir ki, milliyə hücumçu ehtiyacı var. Amilin vuran ayağı var. Ondan əllərini üzsünlər, onu heç bir komandaya verməyəcəyik. Amilə görə elə bir qiymət deyəcəm ki, o qiymətə ikinci Reynaldonu gətirmək olacaq. Niyə? Ona görə yox ki, biz pul istəyirik, xeyr. Puldan problemimiz yoxdu. Amil elə bizdə qollarını vursun, minimum ilyarım bizdə oynasın, sonra böyük klublardan biri onu istəsə, özümüz verərik. Dəyəri? Yox, bunu deməyəcəm, gəlin "elçi"ləri qıcıqlandırmayaq (gülür). Bu il tamamilə satışımız dayanacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.