2 may 2016 11:40

Bədavi Hüseynov: ÇL-in qrup mərhələsinə vəsiqə qazanmağa çalışacağıq

"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyundan (2:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Çempionluq matçınızla bağlı nə deyə bilərsiniz?
- Ağır oyun alındı. Rəqib də sıradan komanda deyildi. Premyer Liqanın ikincisidir. Onlar təhlükəli hücumlar qururlar. Ön xəttdə isə hazırda çempionatın ən yaxşı bombardiri olan Nelson Bonilya oynayırdı. Onu neytrallaşdırmaqla qələbə qazanmağa nail olduq. Qələbə qazanmaqla çempionluğu rəsmiləşdirəcəyimizi bilirdik. Elə də oldu.

- Son çempionluqları müqayisə etsək, hansı daha çətin alındı?
- Hər il daha çətin olur. Çünki səviyyəni qorumaq lazım gəlir. Hər mövsüm rəqiblər bizə qarşı daha böyük istəklə mübarizə aparırlar. Ola bilər ki, bu mövsüm böhranla əlaqədar rəqabət elə də ciddi deyildi. Amma ayrı-ayrı oyunlar üzrə götürsək, komandaların köklənməsində ciddi bir fərq yoxdur.

- Amma əvvəlkilərə nisbətən bu mövsümün asan keçdiyini demək olar?
- Belə müqayisə etsək, demək olar. Bu, daha çox baş məşqçimizin əməyidir. O, çox böyük iş görür. Rəhbərlik də bizi tam dəstəkləyir. Nə lazımdırsa, edirlər. Bu, daha çox onların uğurudur.

- Oyundan sonra çempionluğu elə də böyük coşqu ilə qeyd etmədiniz...
- (gülür) Siz paltardəyişmə otağında olmadınız. Orada daha çox sevindik. Ola bilsin ki, artıq güc itirmək istəmirdik. Çünki hələ mövsüm başa çatmayıb.

- Qarşıdakı oyunlar üçün hədəfiniz nədi?
- Heç bir halda arxayınlaşmaq olmaz. Çünki kubok oyununa da ciddi hazırlaşmaq lazımdır. Bizim hədəfimiz ötən mövsüm əldə etdiyimiz uğurları təkrarlamaqdır. Yəqin ki, heyətdə də rotasiya olacaq.

- Komandanın avrokuboklardakı hədəfi nə olacaq: Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq?
- Hamı bizdən bunu gözləyirik. Bunu gözəl anlayırıq. Amma bilirsiniz ki, orada asan rəqib olmur. Ciddi hazırlaşmaq lazımdır. Hər halda ÇL-in qrup mərhələsinə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.