1 may 2016 22:40

Rəşad Sadıqov: Zirə ilə matç şayiələrin əsassız olduğunu isbatladı

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyundan (2:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Növbəti çempionluğunuzu necə şərh edərdiniz?
- Mənim üçün çox çətin mövsüm alındı. Heç bir rəqibimiz müqavimətsiz xal vermədi. Buna görə də arxayınlaşmağa vaxtımız olmadı. Bu gün çempionluğun taleyini həll etmək istəyirdik. Şadam ki, buna nail olduq.

- Matçdan öncə belə bir məlumat yayılmışdı ki, sizin "Zirə" ilə yaxşı münasibətiniz olduğu üçün rəqibə qalib gəlməyəcəksiniz...
- "Qarabağ" heç vaxt heç kimə güzəştə getməyib, bundan sonra da belə etməz. Rəqib hətta mənim qardaşım da olsa. Yayılan söhbətlərin nə dərəcədə əsassız olduğunu isə oyun bir daha isbatladı.

- Növbəti hədəf "qızıl dubl"a imza atmaqdır?
- Qarşıda "İnter"lə cavab matçı var. Ondan sonra bu barədə danışarıq.

- Budəfəki çempionluğun asan başa gəldiyini demək olar?
- Deməzdim. Sadəcə, biz daha təcrübəli olmuşuq. Əvvəlki iki mövsümün sonuna yaxın arxayınlaşırdıq və rəqiblər bundan istifadə edib, xal fərqini azaldırdılar. Bu mövsüm isə buna imkan vermədik.

- Razısınız ki, "Qarabağ"ın çempionatımızda layiqli rəqibi yoxdur?
- Xeyr, razı deyiləm. Kiminsə oyunu alınır, kiminsə yox. Ola bilər ki, növbəti mövsümdə də bizim oyunumuz istədiyimiz kimi alınmasın.

- Çempionluğu necə qeyd edəcəksiniz?
- Çempionluğu qeyd etməyə heç vaxt yoxdur. Mövsüm hələ başa çatmayıb. Qarşıda kubokun yarımfinal mərhələsinin cavab oyunu var. Daha sonra isə milli komandamızın Avstriya toplanışına yollanacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.