1 may 2016 21:15

Qarabağdan dördüncü qızıl

Topaz Premyer Liqasının 2015/16 mövsümünün qalibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, 32-ci turun “Zirə” ilə səfər oyununda turnir cədvəlindəki ən yaxın izləyicisini məğlub edən “Qarabağ” xal hesabını 75-ə çatdırıb. Sona 4 tur qalmış liderlə debütant arasında fərq 15-ə yüksəldiyindən Ağdam təmsilçisi digər komandalar üçün əlçatmaz olub.

Bununla da Qurban Qurbanovun yetirmələri son 4 turun nəticəsindən asılı olmayaraq qızıl medallara sahib çıxıb. 2013/14 və 2014/15 mövsümlərində də çempion tituluna yiyələnən “Qarabağ” ardıcıl 3-cü dəfə ölkənin ən yaxşısı olmaqla “Neftçi”nin rekordunu təkrarlayıb.

Belə ki, əyalət təmsilçisinə qədər yalnız “ağ-qaralar” ardıcıl 3 dəfə çempion olmağı bacarmışdı. Bakılılar 2010/11, 2011/12 və 2012/13 mövsümlərində hamını qabaqlayıb.

Ümumi çempionluq sayında 4-ə çatan “Qarabağ” 3 dəfə qızıl medal qazanan “Kəpəz”i arxada qoyub.  Bu göstəricidə rekord “Neftçi”yə məxsusdur – 8 dəfə. Bu 3 komandadan başqa “İnter”, “Bakı” və “Şəmkir” hərəyə 2, “Turan”la “Xəzər Lənkəran” isə hərəyə 1 dəfə bu titula yiyələnib.

Azərbaycan çempionatının qalibləri

1992. “Neftçi” Bakı
1993. “Qarabağ” Ağdam
1993/94. “Turan” Tovuz
1994/95. “Kəpəz” Gəncə
1995/96. “Neftçi” Bakı
1996/97. “Neftçi” Bakı
1997/98. “Kəpəz” Gəncə
1998/99. “Kəpəz” Gəncə
1999/2000. “Şəmkir”
2000/01. “Şəmkir”
2001/02. yarımçıq qalıb
2003/04. “Neftçi” Bakı
2004/05. “Neftçi” Bakı
2005/06. “Bakı”
2006/07. “Xəzər-Lənkəran”
2007/08. “İnter” Bakı
2008/09. “Bakı”
2009/10.  “İnter” Bakı
2010/11. “Neftçi” Bakı
2011/12. “Neftçi” Bakı
2012/13. “Neftçi” Bakı
2013/14.  "Qarabağ" Ağdam
2014/15.  "Qarabağ" Ağdam
2015/16.  "Qarabağ" Ağdam

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.