1 may 2016 16:30

Krneta: Layiq olduğumuz avrokubok mövsümünü buraxmaq üzücü olar

"Zirə"nin serbiyalı müdafiəçisi Yovan Krneta Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- Çempionluğunu rəsmiləşdirməyə hazırlaşan liderlə oyundan nə gözləyirsiniz?
- Mövsümün əvvəlində "Zirə"nin çempionluq uğrunda mübarizə aparmasını heç kim düşünmürdü. Biz indi də yalnız ilk üçlükdə olmağa çalışırıq. Yeni komandayıq, çempionatda ilk mövsümümüzdür. "Qarabağ"a gəlincə, Azərbaycanın ən güclü komandasıdır. Mənə elə gəlir ki, çempion olmağa da layiqdirlər.

- Sizin də ikinci pilləni əldən verməyiniz inandırıcı görünmür. İzləyicinizlə 8 xallıq fərqiniz var...
- Düzdür, üçüncü pillə ilə xal fərqimiz böyükdür. Amma bu, arxayınlığa əsas vermir. Bizə daha iki qələbə lazımdır. Buna görə sonadək mübarizə aparmalıyıq. Hətta ikinci yeri təmin etsək belə, sonadək yaxşı oynamalı, qələbə qazanmağa çalışmalıyıq.

- "Qarabağ"a qalib gəlməyə çalışacaqsınız, ya bunu mümkünsüz hesab edirsiniz?
- Bizim onlarla sadəcə, bir heç-heçəmiz var. Ən yaxşı futbolumuzu oynayıb, uğurlu nəticə qazanmağa çalışacağıq. Belə oyunları sevirəm. Çünki futbolçu özünü göstərmək şansı qazanır. Hər bir futbolçumuz qələbə üçün çalışacaq.

- "Qarabağ"ın heyətində kimi qeyd edərdiniz?
- Ad açıqlamaq istəməzdim. Amma bu komanda kollektiv olaraq xoşuma gəlir. Hər bir futbolçu meydandakı işini çox yaxşı bilir. Onlar Çempionlar Liqsında qrup mərhələsinə düşməli idilər. Şotlandiya "Seltik"i ilə oyunlarda bəxtləri gətirmədi. Onları keçsəydilər, sonuncu mərhələdə İsveç "Malmö"sünü də məğlub edə bilərdilər.

- Bəs "Zirə" də "Qarabağ" səviyyəsinə çıxa bilərmi?
- Niyə də olmasın? Biz hamımıza buna çalışırıq.

- Ağdamlıların çempionluğu məhz sizin meydanınızda bayram etməsini necə qarşılardınız?
- Mənim üçün fərqi yoxdur. Belə alınacaqsa, nə edə bilərəm?

- "Zirə"nin avrokuboklara buraxılacağına hələ də ümidiniz qalıb?
- Şübhəsiz ki. Çünki hələ bununla bağlı yekun və rəsmi qərar açıqlanmayıb. Ona görə də ümidliyik. Layiq olduğumuz avrokubok mövsümünü buraxmaq üzücü olar. Bu mövsüm Avropada debüt etmək istəyirik. Hamımız buna hazırıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.