1 may 2016 11:20

Rail Məlikov: Neftçiyə qarşı tək ayaqla da oynayaram

AZAL-ın kapitanı Rail Məlikov Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyundan (1:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Matçla bağlı fikirləriniz?
- "Rəvan"a məğlubiyyətdən sonra bu görüşdə ancaq qələbə qazanmaq barədə düşünürdük. Əvvəlki oyunda rəqibə yuxarıdan aşağı baxdığımıza görə cəzalandırıldıq. "Xəzər Lənkəran" da turnir cədvəlinin alt pillələrində qərarlaşıb. Bilirdik ki, bu rəqiblə də görüşümüz çətin keçəcək. Yaxşı komandadır. Bizə qarşı layiqli mübarizə apardı. Şadam ki, qalib gəldik. Komanda tapşırıqları yerinə yetirdi.

- Deyəsən, "Xəzər Lənkəran"a da yuxarıdan aşağı baxırdınız. Çünki birinci hissədə AZAL özünə bənzəmirdi...
- Ola bilər. O da ola bilər ki, uşaqlarda təcrübə çatışmır. Məsələn, son oyunların ilk 15-20 dəqiqəsində çox zəif çıxış edirik. Bu dərs olmalıdır. Lənkəran klubunun qol vəziyyətləri var idi. Qapıçımız sağ olsun ki, inamlı oynadı.

- Mövsümün sonudur. Demək olar ki, komandanızın gücü tükənib?
- Ola bilər ki, yorğunluq və təzyiq var. Amma bizim bu səviyyəyə qədər yüksələcəyimizi heç kim gözləmirdi.

- Bu oyunda əsl kapitanlığınızı göstərdiniz, zədəli olsanız da, sonadək mübarizə apardınız. Niyə meydanı tərk etmək istəmədiniz?
- Zədəm çox ciddidir. Sabah həkim müayinəsindən keçməliyəm. Hətta bir ayaqla da olsa, uşaqlara kömək etmək istəyirdim. Onlar mənim kiçik qardaşlarımdı, tək qoymaq istəmədim. Ona görə də sonadək meydanda qaldım.

- "Neftçi" ilə oyuna qədər hazır olacaqsınız?
- Çalışacağam. "Neftçi"yə qarşı hətta bir ayaqla da oynayaram.

- "Neftçi" ilə oyunlar sizin üçün nə dərəcədə xüsusi əhəmiyyət daşıyır?
- Elə də xüsusi əhəmiyyət daşımır. Çünki bu, əvvəlki "Neftçi" deyil. Adi bir oyun olacaq. "Neftçi" layiq olduğu yerdə qərarlaşmayıb.

- Avrokuboklara çıxmağa yaxın olduğunuzu hiss edirsiniz?
- Bəli. Avrokubokların iyini hiss edirik. Bizim çoxlu gənc futbolçumuz var. Onların çoxu hələ bunu yaxşı başa düşmür. Hər məşqdən öncə onlara deyirəm ki, bunların hamısını vaxtilə görmüşəm və bu, sizin üçün də bir şansdır. Bu, onlar üçün stimul olmalıdır. Tədricən onlar da nə uğrunda mübarizə apardıqlarını dərk edirlər.

- Komandanız Avroliqaya yüksəlsə, büdcə artacaq, yeni oyunçular gələcək. Belə olan halda 500 manata oynayan futbolçular komandada qalmayacaq. Bu, sizə qarşı hörmətsizlik olmayacaq?
- Mən də 500 manata oynayıram. Burada gizlədiləsi heç nə yoxdur. Şübhəsiz ki, yeni komanda formalaşanda kimlərsə klubdan ayrılmalıdır. Qala da bilərlər. Ümid edirəm ki, hər şey yaxşı olacaq, Tərlan Əhmədov hər şeyi nəzərə alacaq. 32 tur oynamışıq, özümüzü göstərmişik. Futbolçularımızın necə çıxış etdiyini hamı görüb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.