1 may 2016 10:56

Millət vəkili: Bu, bizim millimizdir və onları dəstəkləmək borcumuzdur

Azerisport.az millət vəkili Fazil Mustafanın 5-21 may tarixlərində Bakıda keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatı ilə bağlı müsahibəsini təqdim edir.
17 yaşadək futbolçular arasında Avropa çempionatının ölkəmizdə keçirilməsi Azərbaycan futboluna nə verəcək?
Avropa çempionatı kimi mötəbər yarışın keçirilməsi ilk növbədə ölkənin nüfuzu üçün vacib hadisədir. İstər-istəməz bu yarış Azərbaycanın futbol həyatında da bir canlanma yaradacaq. Uşaqların idmanın bu növünə marağını artıracaq. Əgər millimiz turnirdə uğurlu çıxış edərsə, bu, futbolun inkişafına da ciddi təkan verə bilər. Bütün hallarda bu çempionata Azərbaycanda futbolun və futbolçuların problemlərinə də, müəyyən çatışmazlıqlara da diqqət yetirmə fürsəti kimi baxılmalıdır.
Portuqaliya, Şotlandiya və Belçika ilə eyni qrupda yer alan yığmamızın şanslarını necə dəyərləndirirsiz?
Qrupdakı rəqiblərimiz kifayət qədər güclüdür və uşaq-yeniyetmə futbolunun inkişaf etdiyi məkanları təmsil edirlər. Ona görə də şansımızın yüksək olduğunu söyləmək çətindir. Buna baxmayaraq, yığmamız uduzsa belə, əsas vəzifə fədakar oynamaqdır. O zaman futbolçularımız da tamaşaçıları nəticədən asılı olmayaraq məmnun edərlər.
Avropa çempionatının oyunlarını, xüsusən də Azərbaycan millisinin matçlarını canlı izləməyi düşünürsünüzmü?
Əlbəttə, fürsət olarsa, mütləq bu oyunları izləyəcəyəm. Çünki, hansı durumda olmasına baxmayaraq, bu, bizim millimizdir və onları dəstəkləmək borcumuzdur.
Fazil bəy, siz hər zaman idmançılarımızı dəstəkləmisiz. Avropa çempionatından öncə komandamıza dəstək olmaq üçün futbolçularla, komandayla hər hansı bir görüş keçirməyi?
Belə bir gürüşün olması mümkündür. Ancaq futbolçularımız öz işlərini və məsuliyyətlərini bizlərdən daha yaxşı bilirlər və əminəm ki, əhval-ruhiyyələri yüksək olacaq və əllərindən gələni ortaya qoymağa çalışacaqlar.
Azarkeşlərin stadiona gəlib, futbolçularımızı, millimizi dəstəkləməsi üçün hər hansı bir çağırış edə bilərsinizmi?
Düşünürəm ki, vaxtı və imkanı çatan hər kəs millimizə dəstək verməkdən çəkinməməlidir. Xüsusilə də ictimaiyyət tərəfindən tanınmış şəxslərin bu dəstəyinə ciddi ehtiyac var. Mən bütün futbolsevərləri millimizi dəstəkləməyə dəvət edirəm.
Futbolxeber.az

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.