30 aprel 2016 17:30

Neftçinin Müşahidə Şurasının növbəti iclası keçirildi

Bu gün “Neftçi” PFK-nın inzibati binasında klubun Müşahidə Şurasının növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda klubun növbəti mövsümdə keçiriləcək 80 illik yubiley tədbirləri və ən əsası A komandanın növbəti mövsüm üçün hazırlıq planları müzakirə mövzusu olub.

İsmət Qayıbov adına təlim-məşq bazasının “Neftçi” PFK-nın balansına verilməsi və yeni bazanın inşası, “Bakcell Arena”nın “Neftçi” PFK-nın idarəçiliyinə keçməsi, klubun 80 illik yubileyi ilə əlaqədar görüləcək işlərin həcminin çoxalması və klubda idarəetmə effktivliyinin artırılması məqsədi ilə qərara alınıb:

1. “Neftçi” PFK-nın idman direktoru ayrıca olaraq Müşahidə Şurasına tabe edilsin.

2. “Neftçi” PFK-nın “Media və İctimaiyyətlə Əlaqələr Departamenti” əlavə olaraq həm də Müşahidə Şurasına tabe edilsin.

3. “Neftçi” PFK-nın 2017-ci ildə qeyd olunacaq 80 illik yubileyi ilə əlaqədar olaraq xüsusi komitə yaradılsın. “Neftçi” PFK-nın Müşahidə Şurasının sədri Çingiz Abdullayev komitəyə sədr seçilib. Komitənin katibi vəzifəsini klubun icraçı direktoru Elnur Məmmədov yerinə yetirəcək. İlkin olaraq Müşahidə Şurasının üzvləri - Cəbrayıl Cəbrayılov, Zaur Qəhrəmanov, Mehdi Nəcəfov, Səməd Qurbanov, Fərhad Bədəlbəyli və Bəhram Bağırzadə isə komitədə üzv funksiyasını icra edəcəklər.

Qeyd edək ki, bu, komitə üzvlərinin ilkin siyahısıdır. Əlavə olaraq komitədə futbol ictimaiyyətinin tanınmış simaları da yer alacaqlar. Komitə üzvlərinin tam geniş siyahısı 1 ay ərzində müəyyənləşdiriləcək.

İclasdan sonra Müşahidə Şurasının üzvləri Qəbələyə yollanan komanda heyəti ilə görüşüblər. Komandanı yola salan rəhbərlik çempionat və kubok oyunlarında “Neftçi”yə uğurlar arzu edib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.