30 aprel 2016 16:00

Stiv Olfers: Qarabağın ilk pilləni əldn verməsi inandırıcı deyil

"Qəbələ"nin sabiq müdafiəçisi Stiv Olfers keçmiş komandasının, eləcə də "Qarabağ"ın çıxışından danışıb, öz karyerası və Azərbaycana mümkün qayıdışı barədə fikirlərini söyləyib. Azerisport.az saytına açıqlamasında o, öncə bunları söyləyib:

"Əlbəttə, "Qəbələ"nin çıxışı ilə yenə maraqlanıram. Düzdür, oyunlarını televiziya vasitəsilə izləmək imkanım yoxdur. Çünki Hollandiyada Azərbaycan kanalları göstərmir. Ona görə də matçlara canlı baxmaq hər zaman mümkün olmur. Ona görə də "Qəbələ"nin çıxışını internet vasitəsilə izləyirəm".

Olfersin sözlərinə görə, "Qarabağ"a bu mövsüm də çempionluq yolunda heç kim mane ola bilməyəcək: "Turnir cədvəlinə əsasən demək olar ki, "Qarabağ"ın liderliyini əldən verməsi artıq inandırıcı görünmür. Bu komanda doğrudan da çox güclüdür. Onların bu mövsüm də Premyer Liqanın qalibi olacağına şübhə etmirəm. Həmyerlim Con van Leonun "Qarabağ"dan ayrılmasına isə çox üzüldüm. Fikrimcə, bu, klub üçün də yaxşı addım olmadı".

Olfers indiki durumundan da söz açıb: "Sonuncu klubum "Telstar" olub. Hazırda isə klubsuzam. İndi yeni mövsüm üçün klub axtarışındayam. Başa düşürəm ki, bu yaşımda çətindi. Çünki 34 yaşım var. Amma mən hələ karyeramı başa vurmaq istəmirəm. Təkliflər də var, sadəcə, qərar verməyə tələsmək istəmirəm".

Hollandiyalı futbolçu yenidən Azərbaycana qayıtmağın da əleyhinə olmadığını bəyan edib: "Azərbaycana qayıtmağın, xüsusilə də "Qəbələ"də oynamağın əleyhinə olmazdım. Amma bunun nə dərəcədə real olduğunu deyə bilmərəm. Əlbəttə, klub rəhbərliyindən təklif alsam, düşünərəm. Çünki orada oynamışam, tanış insanlar çoxdur".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.