30 aprel 2016 00:05

Topaz Premyer Liqasında çempionluq turu?

Bu həftə Topaz Premyer Liqasında 32-ci turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, turun oyunları 2 gündə reallaşacaq.

Turun açılış matçında "Kəpəz" doğma meydanda "Rəvan"la münasibətlərinə aydınlıq gətirəcək. Bu komandalar əvvəllər 11 oyunda üz-üzə gəliblər ki, onların 7-də gəncəlilər, 3-də isə bakılılar üstün olublar. Yalnız 1 oyunda tərəflər meydanı 1 xalla tərk ediblər. Top fərqində də "Kəpəz"in cüzi üstünlüyü va - 17:16. Amma “Rəvan” 4 oyundur bu rəqibinə qalib gəlmir. Son 3 matçda qonaq komanda uduzmur. Cari mövsümdə baş tutan oyunlara gəlincə, "Kəpəz" öz meydanındakı ilk oyunda "Rəvan"a qalib gələ bilməmişdi - 0:0. Amma maraqlıdır ki, Bakıda keçirilən hər iki oyunda Gəncə təmsilçisi 3 xala sevinən tərəf olub - 2:0, 3:1. Elə bu oyunda da "Kəpəz" favorit hesab olunur. Şahin Diniyevin komandası 3-cü pillə və avrokuboklara vəsiqə iddiasını davam etdirmək üçün mütləq qələbə qazanmalıdı. Amma son turda qələbə qazanmaqla "Xəzər Lənkəran"la xallarını bərabərləşdirən Bəhmən Həsənovun "aslanlar"ı da ən azı heç-heçə sayəsində sonuncu pillədən qurtulmağa ümid edir.

Günün digər oyununda sonuncu pilləyə düşməmək üçün çalışan “Xəzər Lənkəran” da səfərdə AZAL-la qarşılaşacaq. Bu komandaların əvvəlki 31 oyunundan 15-də cənublular, 7-də isə bakılılar qalib olublar. 9 qarşılaşmada isə heç-heçə qeydə alınıb. Top fərqi də "ağ-yaşıllar"ın xeyrinədir - 39:25. AZAL son 3 qarşılaşmanın hərəsində 1 qol vurub. “Xəzər Lənkəran” son 4 səfər oyununda qalib gəlməyib. Bakılılar son 6 ev matçında qol sevinci yaşayıb. Cari mövsümdə baş tutan görüşlərdə "Xəzər Lənkəran" yalnız birinci dövrədə 3:1 hesablı qələbəyə sevinib. Son iki dövrədə isə "təyyarəçilər" həm səfərdə, həm də evdə 1:0 hesabıyla üstün olub. Tərlan Əhmədovun komandası son turda "Rəvan"a uduzduğuna görə bu görüşdə mütləq qələbə qazanıb, avrokubok iddiasını davam etdirmək iddiasındadır. Elbrus Məmmədovlu "Xəzər Lənkəran" isə ən azı heç-heçə etməyə çalışacaq.

Bazar günü meydana öncə “İnter”lə “Sumqayıt” çıxacaq. Son dövrlər ardıcıl məğlubiyyətlərlə üzləşən bu iki klubun dueli maraqla gözlənilir. Tərəflərin əvvəlki 15 oyununda üstünlük bakılılardadı. "İnter"in 9 qələbəsi olduğu halda, sumqayıtlılar cəmi 2 oyunda 3 xala seviniblər. Daha 4 oyunda isə heç-heçə qeydə alınıb. Top fərqi də "bankirlər"in xeyrinədir - 22:8. Amma “İnter” son 2 ev oyununda qalib gəlməyib. “Sumqayıt” son 4 qarşılaşmada qol buraxıb. Bu komandaların cari mövsümdəki ilk oyununda qalib müəyyənləşməmişdi - 1:1. İkinci dövrədə "İnter" öz meydanında 2:3 hesabıyla məğlub olmuşdusa, son matçda da "Sumqayıt" öz azarkeşləri qarşısında 0:1 hesabıyla uduzmuşdu. Daha iddialı təsir bağışlayan "İnter"i bu görüşdə favorit saymaq olardı. Amma Zaur Svanadzenin komandasında bir neçə aparıcı futbolçu zədəli olduğuna görə, rəqiblər demək olar ki, bərabər güclə mübarizə aparacaqlar.

Bir neçə gün öncə Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində üz-üzə gələn və qalmaqallı matçın (1:1) iştirakçısı olan "Qəbələ" ilə "Neftçi" qısa müddət kəsiyində ikinci dəfə qarşılaşacaq. Amma bu dəfə çempionat çərçivəsində və Qəbələdə. Bu iki klub 32-ci oyununa çıxacaq. Tərəflərin əvvəlki oyunlarından 10-da "Qəbələ", 14-də isə "Neftçi" qalib gəlib. Daha 7 qarşılaşma sülhlə başa çatıb. Top fərqində də bakılıların üstünlüyü diqqət çəkir - 41:30. Son 5 qarşılaşmada meydan sahibi olan komanda xal qazanmır. Qonaq tərəf isə 9 matçdır uduzmur. Təsadüfi deyil ki, "Neftçi" bu mövsüm öz ev oyunlarında 0:1 və 1:2 hesablı məğlubiyyətlə üzləşib. "Qəbələ" də doğma meydandakı ilk görüşdən 0:1 hesablı yenilgi ilə ayrılıb. Kubok matçındakı gərginliyi nəzərə alsaq, Qəbələdəki matça çox böyük maraq var. "Qəbələ" favorit hesab olunsa da, "Neftçi"nin də rəqibinə ciddi müqavimət göstərəcəyi dəqiqdir.

Hesabat turunun sonuncu və mərkəzi oyunu lider "Qarabağ"la əsas izləyicisi "Zirə" arasında baş tutacaq. Bu oyun həm də qızıl medalların taleyi baxımından əhəmiyyət kəsb edir. Ağdam klubu qalib gələcəyi halda, sona dörd tur qalmış ardıcıl üçüncü çempionluğunu bayram edəcək. Amma "Zirə" bu mövsüm öz meydanında uduzmayıb və yəqin ki, bu uğurlu seriyanı, eyni zamanda çempionluq mübarizəsini bir qədər də davam etdirmək üçün xal və xallar qazanmağa çalışacaq. Zirəlilərin "Qarabağ"a qarşı ilk ev oyunu da qolsuz başa çatmışdı. Lakin Ağdam klubu doğma meydanda bu rəqibinə qarşı keçirdiyi hər iki görüşdən qalib ayrılıb - 4:1, 2:0.

Topaz Premyer Liqası
32-ci tur

30 aprel (şənbə)

15:00. “Kəpəz” - “Rəvan”
Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Vüqar Bayramov, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Murad Məmmədov.
Gəncə şəhər stadionu.

17:30. AZAL - “Xəzər Lənkəran”
Hakimlər: Ramil Diniyev, Rahil Ramazanov, Vüsal Qənbərov, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Əli Hüseynov.
Bakı. "AZAL Arena"

1 may (bazar)

16:00. “İnter” - “Sumqayıt”
Hakimlər: Ömər Paşayev, Azər Əsgərov, İsgəndər Əliyev, Fariz Yusifov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Bakı. “İnter Arena”.

16:30. “Qəbələ” - “Neftçi”
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Munis Abdullayev, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Qəbələ şəhər stadionu.

19:00. “Zirə” - “Qarabağ”
Hakimlər: Orxan Məmmədov, Akif Əmirəli, Mehman Mahmudov, Fərid Məmmədov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Rövşən Əhmədov.
Zirə İdman Kompleksinin stadionu.

1Qarabağ31226357-1972
2Zirə31179539-2260
3İnter311310828-2149
4Kəpəz311310839-3349
5Qəbələ311310836-2449
6AZAL311261323-2942
7Neftçi311091229-3339
8Sumqayıt316111432-4329
9Xəzər Lənkəran31352312-4114
10Rəvan31481920-5014

Qeyd: FIFA İntizam Komitəsinin müraciəti əsasında 26.01.2016 tarixdə "Rəvan" klubunun aktivindən 6 xal silinib. 

Bombardirlər:
14
- Nelson Bonilya ("Zirə").
11 - Dani Kintana ("Qarabağ").
10 - Ruslan Qurbanov ("Neftçi").

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.