29 aprel 2016 19:45

Xaqani Məmmədov: Postumdan getmək fikrim yoxdur

AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov bu gün jurnalistlər üçün təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:

"Bizə hakimlər üçün psixoloq lazımdır ki, ayda iki dəfə onlarla işləsin. Mən hətta belə bir adam tapmışam. Bu yöndə iş aparmaq lazımdır. Jurnalistlərdən də çox şey asılıdır. Gənc hakimlərə bu qədər təzyiq göstərmək lazım deyil. Onları dəstəkləmək lazımdır. Bu, artıq hakimlərin avtomatla meydana çıxarıldığı dövr deyil".

"Oyunların canlı yayımı zamanı bəzi şərhçilər hakimlərdə səhv axtarırlar. Oyun qaydalarını bilmədən vəziyyəti qəlizləşdirmək lazım deyil".

"Mən kreslomu tutub gedən deyiləm. Bəli, səhvlər, təzyiq var. Amma bizim tutduğumuz kurs doğrudur. Yaxşı hakimlər yetişdiririk. Öz postumdan da heç bir yerə getmək fikrim yoxdur".

HK sədri son günlərin əsas tənqid hədəfinə çevrilən Əliyar Ağayevlə də bağlı danışıb: "O, cəzalanacaq. Özü də bir qədər istirahət istəyib. Həm də Ağayev AÇ-2016 (U-17-lər arasında) zamanı ehtiyat hakim olacaq".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.