29 aprel 2016 17:30
Əliyar Ağayev: Səhvimi oyundan sonra başa düşdüm
FİFA referisi Əliyar Ağayev Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilən "Neftçi" - "Qəbələ" oyunundakı mübahisəli epizodları şərh edib. Azerisport.az xəbər verir ki, o, Aleksey Qayın rəqib qapıçı Aqil Məmmədovla mübarizədə yerdə qaldığı epizodla bağlı bunları söyləyib:
"Oyun zamanı simulyasiya olduğuna şübhəm yox idi. Amma oyundan sonra səhvimi başa düşdüm. Qay yerə yıxılanda penalti verməyə şübhəm var idi. Ona görə də "Neftçi"nin qapısına penalti təyin etmədim. Bəhanə axtarmayacağam. Bu, mənim səhvim idi".
