29 aprel 2016 16:15

Əhmədov: İstəmirik ki, kiminsə kobud səhvi üzündən tarixi uğurumuzu əldən verək

Azerisport.az sizi AZAL-ın baş məşqçisi Tərlan Əhmədovun müsahibəsi ilə tanış edir:

- Ötən həftə “Rəvan”a məğlubiyyət bir qədər gözlənilməz oldu. Həm də mükafat üçün çempionatın favoritləri ilə ciddi mübarizə aparan AZAL-ın belə məqamda vacib xallar itirməsi avrokuboklara düşməyi hədəfləyən komandanın şanslarını azaltdı. Sizə elə gəlmir ki, bu məölubiyyət sizin mövsüm ərzində çəkdiyiniz əziyyəti heçə endirəcək?
- “Rəvan”la qarşılaşmada olanlar artıq bizim üçün maraqlı deyil. Bu oyunu unutmuşuq və qarşıdakı görüşlər haqda fikirləşirik. Mövsümün əvvəlində biz iddialı yerlər haqda fikirləşmirdik, elitada qalmağı qarşımıza məqsəd qoymuşduq. İndi isə mükafat qazanmaq şansını qaçıra biləcəyimizdən qorxuruq. Deməli, minimum vəzifə yerinə yetirilib. Ona görə də son məğlubiyyət geniş mənada faciəyə çevrilməməlidir. Avrokuboklar üçün hələ də şansımız var və hər şey öz əlimizdədir. Sona qədər mübarizə aparacağıq. Bu mövsümdə çox çətinlik görmüşük, tənqidlərə hədəf olmuşuq. Amma heç vaxt təslim olmamışıq. Əksinə, bunlar bizi daha da birləşdirdi, komanda kimi formalaşdırdı. AZAL-da çox sağlam kollektiv var və uğurlarımızın əsasında da bu amil dayanır. Bir sözlə, son oyundakı məğlubiyyət indiyə qədər görülən işlərə kölgə sala bilməz.

- Amma həmin oyundakı itkilər yəqin ki, sizi təəssüləndirir. İlqar Ələkbərov, Kamal Mirzəyev, Murad Səttarlının durumu nə yerdədir?
- Zədə məsələsi ağrılı yerimizdi. Mövsümün əvvəlindən etibarən biz tam heyətlə mübarizə apara bilmirik. Bu epidemiya bizdən əl çəkmir. Əvvəl kapitan Seymur Əsədov  zədələnərək mövsümü erkən bitirdi. Daha sonra Taqim Novruzov sıradan çıxdı. Adan Koronado qış toplanışında ağır zədə aldı, hələ də özünə gələ bilmir. İndi də Kamal Mirzəyev sıradan çıxdı. Murad Səttarlı əzələsini dartıb, ağrıları var. İlqar Ələkbərov belindəki ağrılardan əziyyət çəkir. Bu siyahı hər şeyi deyir.   

- Deməli mövsümün ən vacib oyunlarından sayılan “Xəzər Lənkəran”la görüşdə seçim məhdudiyyəti ilə üz-üzə qalacaqsınız. Belə bir həlledici məqamda futbolçu qıtlığı bütün  planlarınızı pozmayacaq?
- Biz heç vaxt  bədbinliyə qapılmamışıq. Hər dəfə ağır durumdan  çıxmağı bacarırıq.  Sabah da meydançaya mübariz heyətlə çıxacağıq. Bizdə hər bir futbolçu digərini layiqincə əvəzəməyə çalışır. Meydançaya çıxan tam gücü ilə oynayır. Bu səbəbdən ümidimizi üzmürük. Klub rəhbərliyini indiki məqamda bir şey maraqlandırır: kənar amillər nəticəyə təsir etməsin. İndi çempionatın həlledici vaxtlarıdı. Son turlardı və mükafatçılar, avrokubok iştirakçıları müəyyənləşir. AZAL-ın rəhbərliyi və kollektivi ümid edir ki, komandaların mübarizəsinə kənar müdaxilələr olmayacaq. Son turlarda bəzi hakim səhvləri ciddi narazılıq doğurur. Söz-söhbətlər çoxalır, komandalar haqda  arzuolunmaz fikirlər səslənir. Nə bilim, filan komanda kubok alacaq, filan komanda  hansısa yeri tutacaq, kimsə kiməsə kömək edəcək. Bu da təbiidir. Ağır mövsüm sona çatmaqdadı. Komandalar kimi, hakimlər də istər-istəməz gərginlikdən payını alırlar.  Onları da haradasa başa düşmək olar. Amma bu həlledici və tarixi əhəmiyyət daşıyan oyunlarda hakimlər çox diqqətli olmalıdırlar. İndiyə qədər AZAL hakimlər tərəfdən heç vaxt  haqsızlığa uğramayıb. Bir-iki oyunda neqativ hallarla üzləşmişik. Umumilikdə isə biz onlardan narazı deyilik. İstəmirik ki, sabahkı oyunda da, qalan matçlarda da kiminsə kobud səhvi üzündən biz tarixi uğurumuzu əldən verək. Bax onda mövsümü  boşa vermiş olarıq. Bu bizim AFFA və PFL-dən  xahişimizdi. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.