28 aprel 2016 13:40
Xaqani Məmmədov Əliyar Ağayevlə bağlı danışmaqdan imtina etdi
AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində "Neftçi" ilə "Qəbələ" arasında keçirilmiş ilk oyundan (1:1) sonra mətbuata danışmaqdan imtina edib. Azerisport.az xəbər verir ki, jurnalistlər ondan bu qarşılaşmanın baş hakimi Əliyar Ağayevin idarəçiliyi barədə fikir öyrənmək istəyiblər. Amma o, Əliyarın mübahisəli qərarları barədə fikir bildirməkdən boyun qaçırıb.
