28 aprel 2016 11:40

Aqil Məmmədov: Penalti yox idi

"Neftçi"nin qapıçısı Aqil Məmmədov Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri ilk oyundan (1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Oyun barədə nə deyə bilərsiniz?
- Pis oynamadıq. Qələbə qazanmaq istəyirdik. "Qəbələ" yaxşı komandadır. Ona görə də bu rəqibə qalib gəlmək heç də asan deyil. Hər iki komandanın birdən artıq qol vurmaq şansı var idi. Əsl finala layiq matç idi. Ümid edirəm ki, cavab oyununda istədiyimiz nəticəni qazana və finala çıxa biləcəyik.

- Rəqib qələbəyə daha çox yaxın idi. Bəxtinizin gətirdiyini demək olar?
- Birinci hissədə bir qədər donmuşduq. 1:1 pis nəticə deyil. Qəbələdəki oyunda da yaxşı çıxış etməliyik.

- Düzünü deyin, siz Aleksey Qayı cərimə meydançasında kobudluqla dayandırdınız?
- Hakim təyin etməyibsə, deməli, penalti yox idi.

- Amma təkrarda sizin aşkar şəkildə qaydanı pozduğunuz görünür...
- Xeyr. Penalti yox idi. Mən topa oynamışdım, Qay isə özü mənim ayağıma toxunub yıxıldı.

- Rəqib futbolçulara qarşı çox aqressiv idiniz...
- Mənim yerimə siz də olsaydınız, aqressiv olardınız.

- Bu mövsüm doqquz sarı vərəqə almısınız. Heç müdafiəçilər bu qədər sarı vərəqə almırlar...
- Bəli, bu, çoxdur. Heç kimi vurmamışam. Mən sadəcə, öz komandamın maraqlarını qorumağa çalışmışam. Jurnalistlərə bir sualım var. Kim hər mətbuat konfransında soruşur ki, Aqil Məmmədovu niyə meydana buraxırsınız? Dostcasına soruşuram. Mənə sadəcə, maraqlıdır. Bu jurnalistə nə pislik etmişəm ki? Sual vermək ayrı məsələdi, amma hər dəfə eyni sualı vermək başqa. Mən jurnalistlərə ağıl öyrətmək fikrində deyiləm. Amma bircə onu demək istəyirəmki, mən də azərbaycanlıyam.

- 1:1 hesabı daha çox "Qəbələ"yə sərf edir. Razısınız?
- Təhlükəli nəticədir. Amma mənim üçün ilk oyun 0:0 hesabıyla bitib. Çətin olsa da, "Qəbələ"ni keçəcək gücdəyik. Səfərdə qol vurmalıyıq.

- Cavab matçı öncəsi "Qəbələ" ilə çempionat matçına da çıxacaqsınız. Bir rəqibə qarşı ardıcıl üç oyun keçirmək darıxdırıcı olmayacaq?
- Bunun nəyi pisdi ki? Qəbələnin təmiz dağ havasını alacağıq (gülür). Amma ciddi olsaq, belə qrafiklə oynamaq bir qədər təsir edir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.