28 aprel 2016 00:40

Rəşad Sadiqov: Əliyar Ağayevin penaltini görməməsi gülməli idi

"Qəbələ"nin kapitanı Rəşad Sadiqov Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir:

- Oyun barədə nə deyə bilərsiniz?
- Rəqibin ilk dəqiqələrdən hücum edəcəyini bilirdik. Ona görə də topu onlara vermişdik. Buna baxmayaraq, 3-4 qol şansımız oldu. Nəticədə, biz üstünlüyümüzü artırmaq əvəzinə, öz qapımızda qol gördük. İstənilən halda bu nəticə də cavab matçı öncəsi pis deyil.

- Sizcə, Aleksey Qayın epizodunda doğrudan da penalti var idi?
- Penalti var və Əliyar Ağayevin onu görməməsi gülməlidir. Qoy epizodun təkrarına baxıb, utansın.

- Az sonra sizi də meydandan qovdu...
- Əliyar sağ olsun, məni harada görür, qırmızı vərəqə göstərir. "Qarabağ"la oyunda da heç nədən "qırmızı" göstərmişdi. Halbuki, həmin epizodda mənim meydandan qovulmağıma hətta Qara Qarayev də təəccüblənmişdi.

- Sizcə, hakimlər niyə "Qəbələ"yə qarşı belə səhvlər edirlər?
- Bu mövsüm çox hakim səhvi ilə üzləşmişik. Biz bu vaxta kimi heç nə demirdik. Amma bu artıq pik nöqtəsi oldu. Əliyar matçı birtərəfli idarə etdi. Hamı səhv edir. Lakin bu qədər çox olanda, onun təsadüfi olduğunu düşünmək düzgün deyil. Bir daha deyirəm ki, hakim də insandır, səhv edə bilər. Amma normanı keçəndə, vəziyyət fərqli olur.

- Nəticə oyuna görədir?
- Qələbə qazana bilərdik. Bu heç-heçəyə görə təəssüflənmirik. Qarşıda cavab matçı da var.

- Bəs komanda cavab maçtında kapitansız necə oynayacaq?
- Uşaqların mənsiz də öz işlərinin öhdəsindən gələcəyinə inanıram. Finala çıxmalıyıq. Premyer Liqada üçüncü və ya beşinci olmağın fərqi yoxdur. Biz kuboku qazanmaq istəyirik ki, mövsümü titulla başa vuraq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.