27 aprel 2016 22:00

Jayro: Rəşad Sadıqovdan daha gözələm

"Neftçi"nin müdafiəçisi Jayro Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri ilk oyundan (1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Matçla bağlı nə deyə bilərsiniz?
- Çətin oyun alındı. "Qəbələ" güclü komandadır. Bundan sonra necə olacağını bilmirik. Amma biz vəziyyəti düzəltməyə çalışacağıq.

- İlk dəfə deyil ki, "Neftçi" yalnız fasilədən sonra fəallaşmağa başlayır. Bu, nə ilə bağlıdır?
- Bu hansısa taktika deyil. Sadəcə, biz hesabda geridə idik və buraxılan qolunu əvəzini çıxmalı idim.

- Hakimlikdən razı qaldınız?
- Narazılığım yoxdur. Necə hakimlik etmək lazım olduğunu onlar daha yaxş bilirlər.

- Amma "Qəbələ"nin oyunçuları narazı idilər...
- Bu artıq mənim işim deyil. Mən "Neftçi"nin futbolçusuyam. Mənim işim futbol oynamaqdır.

- Aleksey Qayın epizodunda penalti var idi?
- Orada hakimin səhvə yol verdiyini düşünmürəm. "Qəbələ" düşüməsin ki, bizə asanlıqla qalib gələ bilər. Biz güclüyük. Onlar bunu bilməlidirlər.

- Amma bu gün sizin aşkar şəkildə bəxtiniz gətirdi. Razısınız?
- Bərabər oyun oldu. Düşünmürəm ki, burada bəxtin hansısa rolu oldu. Hər şey ədalətli oldu.

- Sizə heç deyən olub ki, xarici görünüşcə "Qarabağ"ın kapitanı Rəşad Sadıqova bənzəyirsiniz?
- Bəli. Klubda bunu mənə deyənlər olub. Amma hesab edirəm ki, mən ondan gözələm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.