27 aprel 2016 21:45
Vəli Qasımov: Bir qədər riskli oynadıq
"Neftçi"nin baş məşqçisi Vəli Qasımov Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:1 hesabıyla bitən oyunu belə şərh edib:
"Fasilədən sonra daha yaxşı oynamağa başladıq. Erik Ramosun meydanın mərkəzində olmaması bizə xeyli çətinlik yaşatdı. Heyətlə bağlı rotasiyaya gəlincə, mən qapıçılara belə olacağını öncədən də demişdim. Aqil Məmmədov bu gün yaxşı oynadı. Bütövlükdə, oyundan danışsaq, bir qədər riskli oynadıq. Çünki qələbə qazanmaq istəyirdik". (CBC)
