27 aprel 2016 19:00
Tahir Gözəl Qarabağdan narazı qaldı
"Qarabağ"ın prezidenti Tahir Gözəl Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində "İnter"ə qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, Ağdam klubunun rəhbəri 4:0 hesablı qələbədən sonra bunları söyləyib:
"Mən daha hücumameylli futbol gözləyirdim. Bu gün qələbə qazansaq da, lazım olan səviyyədə çıxış etmədik. Hamımız gördük ki, oyunun səviyyəsi yüksək deyildi. Burada gizlədiləsi heç nə yoxdur. Oyunumuzu daha da yaxşılaşdırmalıyıq. "İnter" pis oynamadı. Migelə gəlincə, gördüyünüz kimi, oynayır, qol vurur. Onun əziyyəti bəhrəsini verir".
