27 aprel 2016 18:40
Zaur Svanadze: 0:4 hesablı məğlubiyyətdən sonra nəyi şərh etmək olar?
"İnter"in baş məşqçisi Zaur Svanadze Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, paytaxt klubunun gürcü çalışdırıcısı 0:4 hesablı məğlubiyyətdən sonra bunları söyləyib:
"0:4 hesablı məğlubiyyətdən sonra nəyi şərh etmək olar? Əslində, ikinci qola qədər normal oynayırdıq. Amma ondan sonra hər şey dəyişdi. Qarşıda vacib çempionat oyunlarımız var. Həmin oyunlara hazırlaşacağıq". (CBC)
