27 aprel 2016 18:00

Bakı Olimpiya Stadionunda əyləncə günü

Xəbər verdiyimiz kimi, mayın 1-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakı Marafonu keçiriləcək. Azerisport.az xəbər verir ki, Dövlət Bayrağı Meydanından start götürəcək yarı-marafon 21 kilometr olacaq və Bakı Olimpiya Stadionunda başa çatacaq. Qaçışçılar arasında atletlər, siyasətçilər, tanınmış şəxslər, ictimaiyyət nümayəndələri və tələbələr olacaq.

Yarışın finiş xətti və medal təltifetmə mərasimi Bakı Olimpiya Stadionunda olacağına görə daha çox insanın buranı ziyarət edəcəyi gözlənilir. Məhz bu səbəbdən yalnız qaçışçıların deyil, həm də yarışı izləməyə gələn şəxslərin əyləncəsi üçün mayın 1-də saat 10-dan axşam satlarına qədər Bakı Olimpiya Stadionunda “Fan Zona” fəaliyyət göstərəcək. “Fan Zona”da müxtəlif əyləncələr, idman avadanlıqları, musiqi şousu və lotoreya keçiriləcək. “Fan Zona”ya giriş sərbəst olacaq.

Sürücülər üçün xüsusi parkinq yeri ayrılacaq, digər qonaqlar isə H. Əliyev prospekti istiqamətindən “Fan zona”ya rahat keçə bilərlər.

Xatırladaq ki, Azərbaycan Futbol Federasiyaları Assosoiasiyası "Bakı Marafonu 2016"nı dəstəkləyir və marafonun rəsmi tərəfdaşıdır. AFFA-nın əməkdaşları və futbol ictimaiyyətinin tanınmış nümayəndələri marafonda UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 kontekstində iştirak edəcəklər.

Gəlin hamımız “küləyə qalib gələnlər”i dəstəkləyək!

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.