Ruslan Qurbanov: Qəbələyə qol vurmağa çalışacağam
"Neftçi"nin hücumçusu Ruslan Qurbanov Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu oyun bizim üçün çox vacibdir. "Qəbələ"ni məğlub etmək istəyirik. Hansı hesabla qalib gəlmək önəmli deyil, əsas qələbədir. Bu gün çox maraqlı və gərgin qarşılaşma olacaq. Biz buna tam hazırıq. Rəqibə gəlincə, "Qəbələ"nin hazırda formada olmadığı barədə fikirlərlə razı deyiləm. Sadəcə, kiçik eniş var. İstənilən halda bizim üçün qalib gəlmək çox önəmlidir. Çünki finala çıxmaq istəyirik. Bu, bizdə necə alınacaq, zaman göstərəcək. Şəxsən mən "Qəbələ"yə qol vurmağa çalışacağam. Növbəti mərhələyə vəsiqə qazana bilməsək, təbii ki, yaxşı olmayacaq. Belə olan halda mövsümü bizim üçün boşa verilmiş saymaq olar".
