27 aprel 2016 16:20
Qarabağda Maksim Medvedev şoku
Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib. Azerisport.az xəbər verir ki, ilk oyunda "İnter" doğma meydanda "Qarabağ"ı qəbul edir.
Ağdam klubu bu görüş öncəsi vacib itki ilə üzləşib. Belə ki, "Qarabağ"ın üzvü Maksim Medvedev matç ərəfəsində start heyətdə yer alsa da, isinmə hərəkətləri edən zaman zədələnib. Bu səbəbdən "Qarabağ"ın start heyətində dəyişiklik edilib. Belə ki, Maksim Medvedevi digər cinah oyunçusu İlqar Qurbanov əvəzləyib.
