27 aprel 2016 14:20

Arif Əsədov: Finalda Qarabağ ya Qəbələ ilə oynayacaq, ya da Neftçi ilə

"Neftçi"nin sabiq baş məşqçisi Arif Əsədov Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində baş tutacaq ilk oyunlar öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- Kubokun ilk yarımfinal oyunlarından nə gözləyirsiniz?
- Dörd komandanın hər biri bu mərhələdə oynamağa layiqdir. Mənim üçün "Neftçi" və "Qəbələ" arasındakı görüşlər daha maraqlıdır. Şanslar bərabərdir. İntriqa olacaq. Digər yarımfinal cütündə isə "Qarabağ" "İnter"lə görüşlərin aşkar favoritidir. Amma kubokda sürpriz mümkündür. Baxmayaraq ki, ağdamlıların ötən il olduğu kimi, bu mövsüm də həm çempionatda, həm də kubokda qalib olmaq istədiklərinə şübhə etmirəm. "İnter" hətta kuboku qazansa belə, növbəti mövsüm avrokuboklarda çıxış edə bilməyəcəklər. Bu, motivasiyaya da təsirsiz ötüşməyəcək.

- "Neftçi"nin "Qəbələ"yə müqavimət göstərəcəyinə inanırsınız?
- Kubok və çempionat oyunları tamamilə fərqlənir. Bakılıların çempionatdakı vəziyyəti acınacaqlıdır. Ona görə də bütün diqqətlərini kuboka yönəldiblər. Həm də "Qəbələ" nə qədər yaxşı heyətə malik olsa da, ideal oyun formasından uzaqdır. Qeyri-sabitlik bütün mövsüm boyu onlardan əl çəkmədi.

- Sizcə, bu komandaların ilk oyununda hansı nəticə qeydə alına bilər?
- Bunu proqnozlaşdırmaq çətindir. "Neftçi" ilk oyunun ev sahibi olduğuna görə, bu komandaya müsbət nəticə qazanmaq daha çox lazımdır. Şübhəsiz ki, qapılarını toxunulmaz saxlamağa çalışacaqlar. Bunu bacarsalar, işin yarısını görmüş olacaqlar. Eyni zamanda bir-iki qol vurmaq da pis olmazdı.

- Bəs ilk oyunda qonaqlar qələbə qazansalar, "Qəbələ" finala hazırlaşa bilər?
- Baxır hansı hesabla qalib gəlirlər. Minimal hesablı qələbə "Qəbələ"nin finala çıxacağına zəmanət verə bilməz. Çünki "Neftçi" çempionatın cari mövsümündə Qəbələdə qələbə qazanıb.

- "Qarabağ" çempionatın son turunda da "İnter"lə qarşılaşdı və 2:0 hesabıyla qalib gəldi. Amma oyundan sonra nəticədən çox ağdamlıların sərgilənən futbol baxımından rəqibini çox üstələdiyi danışıldı...
- Əminəm ki, "İnter" kubok matçlarında elə oynamayacaq.

- Finalda kimləri görürsünüz?
- Finalda "Qarabağ" ya "Qəbələ" ilə oynayacaq, ya da "Neftçi" ilə.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.