27 aprel 2016 13:30
Azərbaycanın 5 futbol mütəxəssisi UEFA seminarında
Moldovanın paytaxtı Kişinyovda futzalın inkişafına dair UEFA seminarı keçirilir. Azerisport.az xəbər verir ki, aprelin 29-da başa çatacaq seminarda Azərbaycandan da mütəxəssislər iştirak edir.
Belə ki, AFFA-nın təhsil üzrə direktoru Aslan Kərimov, məşqçi kursları üzrə təlimatçı Osman Rəhimov, AFFA-nın futzal kuratoru Asim Xudiyev, Azərbaycan millisinin məşqçisi Hacıbala Abdullayev və yığmamızın sabiq üzvü İlham Əzizzadə seminara qatılmaq üçün Moldovaya yollanıb.
