27 aprel 2016 12:40
Mircavadov: Qarabağ İnteri keçəcək, digər cütdə şanslar bərabərdir
AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunları öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yaxşı futbol görmək istəyirəm. "Qarabağ"da motivasiya elə də yüksək deyil. Çünki rəqib aşkar zəifdir. Ağdamlılar hər iki oyunda qələbə qazanmağa borcludurlar. "İnter"dəki vəziyyət hər kəsə yaxşı bəllidir. "Neftçi" - "Qəbələ" matçına gəlincə, burada əksinə çox maraqlı qarşılaşma olacağını düşünürəm. Bakılılar üçün bu, Avropa Liqasına vəsiqə qazanmaq üçün şansdır. Paytaxt təmsilçisində motivasiya daha yüksəkdir. "Qəbələ" səfərdə pis oynamır. Bu komanda səfərdə qol vursa, mərhələ adlamaq şansı çox olacaq. Bütövlükdə, bərabər gücə malikdilər".
