27 aprel 2016 20:51

Qarabağ cütün taleyini həll etdi, Neftçi və Qəbələ heç-heçəyə razılaşdı

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə start verilib. Azerisport.az xəbər verir ki, kubok uğrunda mübarizəni davam etdirən komandalar bu gün ilk 1/2 final oyunlarına çıxıblar.

Öncə “İnter”lə “Qarabağ” üz-üzə gəlib. Kubokda 3 dəfə yolları kəsişən komandalar daha öncə 5 oyunda qüvvələrini sınamışdılar. 1/8 və 1/4 finala təsadüf edən duellərdə iki oyunun yekununda “İnter” qalib gəlmişdi. Yeganə final matçında isə “Qarabağ” üstün olmuşdu. 7 ildən sonra bu yarışda üz-üzə gələn komandalar ilk dəfə yarımfinalda münasibətlərini aydınlaşdırırlar. Budəfəki dueldə Ağdam klubu cütün taleyini elə ilk oyunda, özü də səfərdə həll edib. "İnter" çətin ki, səfərdə 4 cavabsız qolun əvəzini çıxa bilsin. Bu üzdən də "Qarabağ"ı indidən finalda hesab etmək olar.

Digər yarımfinal cütündə isə “Neftçi” ilə “Qəbələ” üz-üzə gəlib. İndiyədək kubokda yolları yalnız 1 dəfə kəsişən komandalar iki il əvvəl finalda qarşılaşıblar. Heç-heçə başa çatan matçın taleyini penaltilər seriyası həll edib. Daha dəqiq olan “Neftçi” kubokun sahibi olub. Budəfəki oyunda da heç-heçə qeydə alınıb. Bu üzdən də cütün taleyinə Qəbələdəki cavab matçında aydınlıq gələcək.

Azərbaycan Kuboku
Yarımfinal
(ilk oyunlar)
27 aprel (çərşənbə)

“İnter” - “Qarabağ” - 0:4 (0:1)
Qollar: M.Madera, 19 (0:1). M.Madera, 60 (0:2). D.Kintana, 67 (0:3). Reynaldo, 84 (0:4).
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Vaqif Musayev, Mehman Mahmudov.
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Ramil Diniyev.
Bakı. “İnter Arena”.

“İnter”: 79. Georgi Lomaya (k), 3. Denis Silva, 4. Laşa Kasradze, 6. Laşa Salukvadze, 7. Nika Kvekveskiri, 11. Rauf Əliyev, 14. Zurab Xizanişvili, 17. Vüqar Nadirov, 19. Mirhüseyn Seyidov, 24. Fuad Bayramov, 30. Abbas Hüseynov.
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 2. Sertan Taşkın, 9. Qara Qarayev, 12. Ruslan Əmircanov, 20. Yuri Fomenko, 33. Aqşin Quluzadə, 77. Mirsahib Abbasov.
Baş məşqçi: Zaur Svanadze.
“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 18. İlqar Qurbanov, 8. Migel Madera, 10. Dani Kintana, 25. Ansi Aqolli, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 97. Mahir Mədətov, 99. Muarem Muarem.
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 9. Reynaldo Silva, 5. Maksim Medvedev, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 90. Samuel Armenteros, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.

“Neftçi” - “Qəbələ” - 1:1 (0:1)
Qollar: A.Qay, 5 (0:1). R.Hacıyev, 71 (1:1).
Qırmızı vərəqə: R.Sadiqov, 84 (ikinci sarı vərəqə).
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Yaşar Abbasov.
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Ramil Əhmədov.
Bakı. “Bakcell Arena”.

“Neftçi”: 1. Aqil Məmmədov, 3. Jayro, 7. Araz Abdullayev (k), 8. Elşən Abdullayev, 10. Cavid İmamverdiyev, 11. Ruslan Qurbanov, 17. Rəhman Hacıyev, 20. Anyete, 27. Məqsəd İsayev, 26. Kamal Qurbanov, 95. Elvin Bədəlov.
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 4. Rahil Məmmədov, 18. Elşən Rzazadə, 19. Fəhmin Muradbəyli, 14. Məhəmməd Qurbanov, 6. Aylton Silva, 61. Təyyar Məmmədov.
Baş məşqçi: Vəli Qasımov.
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov (k), 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 19. Aleksey Qay, 20. Rikardinyo, 34. Urfan Abbasov, 66. Samir Zərgərov, 69. Aleksey Antonov.
Ehtiyat oyunçular: 33. David Petrkeviç, 5. Pavel Paşayev, 8. Məhəmməd Mirzəbəyov, 13. Murad Musayev, 21. Arif Daşdəmirov, 32. Rəşad Eyubov, 77. Ehtiram Şahverdiyev.
Baş məşqçi: Roman Qriqorçuk.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.