27 aprel 2016 00:05

Azərbaycan Kubokunda 1/2 final həyəcanı

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə start veriləcək. Azerisport.az xəbər verir ki, kubok uğrunda mübarizəni davam etdirən komandalar bu gün ilk 1/2 final oyunlarına çıxacaq.

Öncə “İnter”lə “Qarabağ” üz-üzə gələcək. Kubokda 3 dəfə yolları kəsişən komandalar 5 oyunda qüvvələrini sınayıblar. 1/8 və 1/4 finala təsadüf edən duellərdə iki oyunun yekununda “İnter” qalib gəlib. Yeganə final matçında isə “Qarabağ” üstün olub. 7 ildən sonra bu yarışda üz-üzə gələn komandalar ilk dəfə yarımfinalda münasibətlərini aydınlaşdıracaq. Əvvəlki oyunlara nəzər salsaq, “İnter” evdə quru hesablı qələbə qazanıb, “Qarabağ” isə öz meydanını qolsuz tərk etməyib. Əvvəlki 5 oyundan 2-də paytaxt, 2-də də Ağdam klubu qalib gəlib. Top fərqində isə bakılıların 5:4 hesablı üstünlüyü var.

Amma hazırda "İnter"in "Qarabağ" səddini keçməsi o qədər də inandırıcı görünmür. Əvvəla paytaxt təmsilçisi heyət və maliyyə imkanlarına görə ötən illərdəki qədər güclü deyil. Əvəzində Ağdam klubu ölkənin ən baxımlı və güclü komandası hesab olunur. Qurban Qurbanovun komandasının Topaz Premyer Liqasında ardıcıl üçüncü çempionluğunu bayram etməyə hazırlaşması da bundan xəbər verir. "İnter" isə hazırda üçüncü pillədə qərarlaşıb və hələ mövsümü neçənci yerdə başa vuracağı bilinmir. Üstəlik, "bankirlər" bu mövsüm ağdamlılara qarşı keçirdikləri çempionat oyunlarında da uğursuz olublar. "Qarabağ" üç dəfə bu rəqibinə qalib gəlibsə (2:0, 1:0, 2:0), cəmi bir oyunda heç-heçə qeydə alınıb (1:1). "İnter"in son məğlubiyyəti cəmi bir neçə gün öncə qeydə alınmışdı və həmin oyunda Zaur Svanadzenin komandası ciddi heç nə ilə yadda qala bilməmişdi. Bu üzdən də paytaxt təmsilçisinin "Qarabağ"a kubokda da ciddi müqavimət göstərəcəyini ehtimal edənlər azdır. "İnter"in əsas heyət oyunçularından bir neçəsinin zədəli olduğunu nəzərə alsaq, ağdamlıların kubokda da bu rəqibini mübarizədən kənarlaşdıracağını söyləmək olar.

Digər yarımfinal cütündə isə “Neftçi” ilə “Qəbələ” üz-üzə gələcək. İndiyədək kubokda yolları yalnız 1 dəfə kəsişən komandalar iki il əvvəl finalda qarşılaşıblar. Heç-heçə başa çatan matçın taleyini penaltilər seriyası həll edib. Daha dəqiq olan “Neftçi” kubokun sahibi olub. Bu dəfə də komandaların demək olar ki, eyni gücdə olduğunu söyləmək olar. Baxmayaraq ki, "Neftçi" ilə müqayisədə "Qəbələ"də vəziyyət daha ürəkaçandır. Amma bölgə təmsilçisi ilə müqayisədə bakılılara kubokun finalına çıxmaq daha çox lazımdır. Çünki "Qəbələ"nin avrokuboklara Premyer Liqa vasitəsilə vəsiqə qazanmaq şansı varsa, "Neftçi" kuboku qazanmaqla boşa verməkdə olduğu mövsümü xilas etməyə ümid bəsləyir. Bu üzdən də "ağ-qaralar" kubok matçlarında var gücünü qoyacaq. Lakin "Qəbələ" də kubokda uğur qazanmaqda iddialıdır və azarkeşlərin maraqlı və gərgin qarşılaşma izləyəcəyi şübhəsizdir.

Qeyd edək ki, cari mövsümdə Premyer Liqa çərçivəsində bu iki komanda arasında baş tutan oyunlarda heç-heçə qeydə alınmayıb. "Neftçi" hər iki ev oyununda "Qəbələ"yə məğlub olub - 1:2 və 0:1. Maraqlıdır ki, "Qəbələ" də öz meydanındakı görüşdən 0:1 hesablı məğlubiyyətlə ayrılıb.

Azərbaycan Kuboku
Yarımfinal
(ilk oyunlar)
27 aprel (çərşənbə)

16:00. “İnter” - “Qarabağ”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Vaqif Musayev, Mehman Mahmudov.
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Ramil Diniyev.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Vüsal Əliyev.
Bakı. “İnter Arena”.

19:00. “Neftçi” - “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Yaşar Abbasov.
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Bakı. “Bakcell Arena”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.