27 aprel 2016 00:00
Neftçidən azarkeşlərə müjdə
“Neftçi” PFK azarkeşləri üçün sürpriz edib. Azerisport.az xəbər verir ki, Azərbaycan kubokunda 1/2 final mərhələsinin “Qəbələ” klubu ilə “Bakcell Arena”da keçiriləcək oyununa giriş sərbəst olacaq. Azarkeşlər matçı biletsiz izləyəcə biləcəklər.
Qeyd edək ki, “Neftçi” – “Qəbələ” oyunu bu gün, saat 19:00-da başlayacaq.
