26 aprel 2016 20:00
Ceyhun Sultanov: Bunlar klubun imicinə zərbə vurmağa hesablanmış addımdır
"Sumqayıt"ın meneceri Ceyhun Sultanov komandadan uzaqlaşdırılan Uğur Pamuk, Tofiq Mikayılov və Emin Mehdiyevlə bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Öncədən də xəbər verdiyimiz kimi, bu futbolçular baş məşqçinin istəyi ilə klub rəhbərliyi tərəfindən komandadan uzaqlaşdırıldı. Tərəflər danışdılar və müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildi. Onlara kompensasiya ödənildi. Amma bütün bunlardan sonra həmin üç futbolçudan biri açıqlama verir ki, guya biz onun pulunu ödəməmişik. Bu, düzgün xəbər deyil. Yeganə məqsəd klubumuzun imicinə zərbə vurmaqdır. "Sumqayıt" daim futbolçuları qarşısında öhdəliklərini yerinə yetirib. Biz bu futbolçularla ikitərəfli razılaşmamızı təqdim edə də bilərik".
