26 aprel 2016 17:40
Rəşad Eyyubov: Neftçi ilə cütün taleyini ilk oyunda həll edə bilərik
"Qəbələ"nin yarımmüdafiəçisi Rəşad Eyyubov Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Sabah ilk oyundur. Amma hər şeyə cavab matçından sonra aydınlıq gələcək. İlk oyunda bizə lazım olan nəticəni qazanmaq istəyirik. "Neftçi"nin zəif komand olduğunu deyə bilmərəm. Bizi ağır oyun gözləyir. Amma cütün taleyini ilk oyunda həll etmək olar. Bizim üçün indi kubokun finalına çıxmaq və Premyer Liqada üçüncü olmaq çox vacibdir".
